Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-192/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə xx xxxxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 16 yanvar 2023-cü il tarixli İXP-5163790 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 14 oktyabr 2022-ci ildə 40 manat məbləğində cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İXM-nin 61.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan: “Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 14 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs idarə etdiyi “KHAZAR SD minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. DİN-nin DYP-nin Wep Portalından çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş, 14 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol üzrə cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, protokol və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, Qərarverdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-192/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-192/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver