Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-195/2025 01.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakları ilə, Bərdə Rayon X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə Bərdə rayon X12 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon X12 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin, 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar xx.xx.2025-ci il tarixdə elan edilmiş, saat 13:13-da qeydə alındığı göstərilmişdir. Hesab edir ki, Bərdə X12 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. xx.xx.2024-cü il tarixində səhər saat 13:13 radələrində özünə məxsus ** VH *** nömrəli BMW 528 markalı minik avtomobillə H.Əliyev prospektində, Bərdə rayon DYP bölməsinin və Dövlət Yol X2 ona saxlamaq əmri vermişdir. O, Bərdə rayon DYP polis şöbəsinin əməkdaşına etirazını bildirərək video görüntü təqdim olunmasını xahiş etmişdir. DYP-nin əməkdaşı ona “siz polis şöbəsinə dəvət olunursunuz” deyə bildirmişdir. O, heç bir inzibati xəta törətmədən onun hüququları pozulmuşdur. Bu səbəbdən də sözügedən cərimə məbləği silinməlidir. Məhkəmə iclasında qərardan şikayət verən X4 şikayətində göstərdiklərinə uyğun izahat verərək, bildirdi ki, o, qırmızı işıqda keçməmişdir. Onun barəsində tərtib edilmiş protokol qanunsuzdur. Şikayətin təmin olunmasını xahiş etdi. Protokolu tərtib etmiş şəxs Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bərdə rayon DYPB-nin polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7185699 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, X1 barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 13:13-də Bərdə şəhəri Bakı küçəsində Diqanostikanın qarşısında BMW 528 minik markalı 10VH177 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur İş materiallarında olan Bərdə rayon DYPB-nin polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7185699 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, Bərdə YPX-nin inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol X4 potokolu imza etməkdən imtina etmişdir. Bu halda protokola yuxarı vəzifəli şəxs tərəfindən xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında baxılmalı idi. Lakin iş materiallarından görünür ki, yuxarı vəzifəli şəxs tərəfindən videokamera görüntüləri olmadan qərar qəbul edilmişdir. Yol-patrul xidməti haqqında Təlimatın 8.7-ci bəndinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatlar da göstərilməmişdir . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokolu tərtib etmiş şəxs Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin protokolu tərtib etmiş şəxs X9 məhkəmə iclaslarında iştirak etməmiş, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatları və ya diski məhkəməyə təqdim etməmişdir.Sübutetmə yükü isə protokol tərtib edən şəxsin üzərinə düşür. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X3 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Bərdə rayon DYPB-nin polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7185699 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53,134-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: Bərdə rayon DYPB-nin polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7185699 nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə rayon DYPB-nin polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7185699 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-195/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-195/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver