Məhkəmə qərarları › İş №3(021)-196/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-196/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-196/2025 25.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7, zərərçəkmiş şəxslər X9 və X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Tərtər rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 bildirdi ki, raporta qeyd olanları təsdiqləyir. Belə ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Sahil küçəsində Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantı X16 özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şəxs yolun hərəkət hissəsində hərəkət edərək yüksək səslə nalayiq ifadələr işlətmiş və özünü polis kiçik serjantı X9 idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına atmışdır. Polis kiçik serjantı X16 onu sakitləşdirməyə çalışmış, lakin Şəxs öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polis kiçik serjantı X16 xidmətdə olan Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantı X1 çağırmış, polis əməkdaşları tərəfindən Şəxs yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakcılarına mane olduğu tərəflərindən aşkar edilmişdir. Onlar Şəxs yaxınlaşaraq inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 510-cü maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişlər. Həmin Şəxs sərxoş olduğundan aqressiv formada onlarla yüksək səslə danışaraq ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansızünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gəlmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkələti etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Sahil küçəsində yol kənarında olarkən, sərxoş olduğundan 07 markalı nəqliyyat vasitəsini saxlamış və onu 3 yol deyilən əraziyə aparmasını bildirmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsü ona taksi xidməti ilə məşğul olmadığını və polis əməkdaşı olduğunu bildirmiş, nəqliyyat vasitəsinin sürücüsünə polis əməkdaşı olanda nə olar demiş və sürücüdən onu 3 yola aparmasını yenidən xahiş etmişdir. Sona polis əməkdaşları ilə aralarında nə baş verdiyi yadında deyildir. Barəsində tərtib edilmiş protokol üzrə qanunamüvafiq tədbir görülməsinə etirazı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantıdır. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Sahil küçəsində özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şəxs yolun hərəkət hissəsində hərəkət edərək yüksək səslə nalayiq ifadələr işlətmiş və özünü onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına atmışdır. Nəqliyyat vasitəsini saxlamış və Şəxs onu 3 yol deyilən əraziyə aparmasını bildirmişdir. Şəxs taksi xidməti göstərmədiyini və polis nəfəri olduğunu bildirmiş, Şəxs içkili olduğundan israr etmiş və ünvanına nəlayiq ifadələri işlətmişdir. Şəxs sakitləşdirməyə çalışmış, lakin o öz hərəkətlərini davam etdirmişdir. Buna görə də xidmətdə olan Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantı X1 çağırmış, ona inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 510-cü maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişlər. Şəxs sərxoş oldğundan aqressiv formada onlarla yüksəsk səslə danışaraq ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyi və qeyri etik hərəkətlərini davam etdirdiyi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. Lakin o, heç bir yerə getməyəcəyini bildirmiş, onlara hədə qorxu gəlmişdir. Şəxs rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkələti etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Şəxs Polis Şöbəsinə gətirdikdən sonra onun etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş protokol üzrə qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantıdır. xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Bərdə RPŞ-nin PPXB-nin polis kiçik serjantı X16 ona zəng edərək bir nəfərin sərxoş halda yolun hərəkət hissəsində dayanaraq yolda hərəkətdə olan digər hərəkət iştirakcılarına mane olduğunu və onu sakitləşdirə bilmədiyini bildirmişdir. X5 Bərdə şəhəri, Sahil küçəsinə gəlmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 510-cü maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişlər. Həmin şəxs aqressiv formada onlarla yüksək səslə danışaraq ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025ci il tarixdə Bərdə şəhəri, Sahil küçəsində X16 özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şəxs yolun hərəkət hissəsində yüksək səslə nalayiq ifadələr işlədərək X2, onu 3 yol deyilən əraziyə aparmasını bildirmişdir. X4 Səmədova taksi xidməti göstmədiyini və polis nəfəri olduğunu bildirmiş, Şəxs içkili olduğundan israr etmiş və ünvanına nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs sakitləşdirməyə çalışmış, lakin o öz hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşı X9 çağrışına gələn digər polis nəfəri X10 ilə birlikdə Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 510-cü maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişlər. Şəxs aqressiv formada onlarla yüksək səslə danışaraq ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişdirlər. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, X16 və X10 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 2025 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 20:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 aprel 2025-ci il tarixli, MN №2083591 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 20:10-dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 20:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar