Məhkəmə qərarları › İş №3(021)-199/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-199/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-199/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati qaydada protokollar tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, İnzibati qaydada protokol tərtib etmiş Bərdə Rayon Polis sahə rəisi, X17, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X11 Bölməsinin sahə rəisi, polis kapitanı X22, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X26, İnzibati qaydada protokol tərtib etmiş Bərdə Rayon Polis X11 Bölməsinin sahə rəisi, kapitanı X27, İnzibati qaydada protokol tərtib etmiş Bərdə Rayon Polis X11 Bölməsinin polis sahə rəisi, polis kapitanı X29, İnzibati qaydada protokol tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin Xidməti İşlər üzrə rəis müavini X5, Zərərçəkmiş şəxslər X54, X46, X55 və X6, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Ağdam rayonunda doğulmuş, orta təhsilli, işləməyən, subay, əvəllər məhkum olunmuş, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09 fevral 2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində ƏmiX6 otlaq sahəsindən 60 ədəd armaturu və artezian nəqilini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 20 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri,Ü.Hacıbəyov küçəsisində vətəndaş X35 məxsus evin həyətindən bir ədəd su mühərrikini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 55-də yaşayan X9 yaşadığı evin həyətindən bir ədəd hidroforu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayonu, Qəhrəmanlı kəndi ərazisində X1 sakinlərinə məxsus olan su artezianın 160 manat dəyərində, 40 metr uzunluğunda kabelini və 70 manat dəyərində işıq avtomatını (rubilnik) oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayon, Qəhrəmanlı kəndi ərazisində X7 Qənbər Qurbanova məxsus olan 60(altmış) manat dəyərində,12 metr uzunluğunda kabelini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 02 fevral 2021-ci il tarixdə Bərdə rayon, Qasımbəyli kəndinə gedən yolda X36 işlətdiyi təkər təmiri sexindən 1 ədəd oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 04 dekabr 2020-ci il tarixdə Bərdə şəhər,köhnə bazar ərazisində X30 məxsus avtomaçınından kiçi və qadin qeyim əşiyalarını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 21 yanvar 2021-ci il tarixdə Bərdə şəhər, Səttərxan küçəsində yaşayan X8 yaşadığı evindən 70 manat dəyərində Merinos xalça və 15 manat dəyərində aliminium qazan oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 30 yanvar 2020-ci il tarixdə Bərdə şəhərində, X.Məmmədov küçəsində yaşayan X13 yaşayış evindən, zirzəmisindən 30 manat dəyərində 30 metr kabeli və 40 manat dəyərində köhnə dəmir metal parçaları oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Q.Hacıbəyov küçəsində X19 məxsus avtomaşından 1 ədəd akumulyatoru oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 20 fevral 2020-ci il tarixdə X37 yaşadığı evin həyətindən samovar oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 03 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Hacıbəyli kəndində içməli su ilə təmin qurgunun matorunun oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 24 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X38 məxsus 2 ədəd hind quşun oğurlamışdır. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X11 Bölməsinin sahə rəisi, polis mayoru X14 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlunun 24 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X38 məxsus 2 ədəd hind quşun oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında inzibati xəta haqqında protokol Şəxs oğlunun 03 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Hacıbəyli kəndində içməli su ilə təmin qurgunun matorunun) oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 20 fevral 2020-ci il tarixdə X37 yaşadığı evin həyətindən samovar oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Q.Hacıbəyov küçəsində X19 məxsus avtomaşından 1 ədəd akumulyatoru oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 30 yanvar 2020-ci il tarixdə Bərdə şəhərində, X.Məmmədov küçəsində yaşayan X13 yaşayış evindən, zirzəmisindən 30 manat dəyərində 30 metr kabeli və 40 manat dəyərində köhnə dəmir metal parçaları oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 21 yanvar 2021-ci il tarixdə Bərdə şəhər, Səttərxan küçəsində yaşayan X8 yaşadığı evindən 70 manat dəyərində Merinos xalça və 15 manat dəyərində aliminium qazan oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 04 dekabr 2020-ci il tarixdə Bərdə şəhər,köhnə bazar ərazi oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 02 fevral 2021-ci il tarixdə Bərdə rayon, Qasımbəyli kəndinə gedən yolda X36 işlətdiyi təkər təmiri sexindən 1 ədəd dreli oğurlması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayon, Qəhrəmanlı kəndi ərazisində X7 Qənbər Qurbanova məxsus olan 60(altmış) manat dəyərində,12 metr uzunluğunda kabelini oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayonu, Qəhrəmanlı kəndi ərazisində X1 sakinlərinə məxsus olan su artezianın 160 manat dəyərində, 40 metr uzunluğunda kabelini və 70 manat dəyərində işıq avtomatını (rubilnik) oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 55-də yaşayan X9 yaşadığı evin həyətindən bir ədəd hidroforu oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 20 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri,Ü.Hacıbəyov küçəsisində vətəndaş X35 məxsus evin həyətindən bir ədəd su mühərrikinin oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09 fevral 2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində ƏmiX6 otlaq sahəsindən 60 ədəd armaturu və artezian nəqilini oğurlaması səbəbindən tərtib edilmişdir. Bundan başqa bir çox əməllərdə də Şəxs oğlu şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştira edən digər polis əməkdaşları Bərdə rayon Polis X11 Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatına uyğun izahatlar verərək Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X54, X46, X55 və X20 bildirdilər ki, onlara vurulmuş ziyan ödənilməmişdir. Barəsidə inzibati icraat aparılan Şəxs oğluna ağır tənbeh verilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sadalanan talama əməllərini törətmişdir. Əməlini etiraf edir və əməlindən peşmandır. Lakin vurulmuş ziyanları ödəməyə imkanı çatmır. Ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X47 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 21 dekabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4011 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X15 Bərdə rayonu, Həsənqaya kəndində yerləşən pay torpağında olan subartezan quyusunun 30 metrlik 150 manat dəyərində kabel, 100 manat dəyərində rubilnik, 150 manat dəyərində puskatel (ötürücü) və 74 manat dəyərində işıq sayğacini oğurlama yolu ilə talamiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X23 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-234 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş,24 yanvar 2021-ci il tarixdəXudiyev Həsən İlyas oğluna məxsus bir ədədin qiyməti 30 manat olan 2 ədəd hind quşunu Bərdə rayonu Lək kəndi ərazisində yerləşən Həsən Xudiyevin yaşadığı evin yaxınlığındaki sahədən oğurlamış şəxsin , toplanmış HK-1-376 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 21 fevral 2021 il tarixdən 07 fevral 2021-ci il tarixədək olan müddət ərzində Bərdə şəhəri Səttarxan küçəsi nömrəsi olmayan evdə yaşayan X8 yaşadığı evdə olmadığı vaxt pəncərədən daxil olma yolu ilə evindən 70 manat dəyərində Merinos xalça və 15 manat dəyərində aliminium qazan oğurlamış və toplanmış HK-1-4089 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yaşayan X35 məxsus 1 ədəd 45 manat dəyərində su mühərrikini oğurlayan şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X21 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-50 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu Hacıbəyli kəndini içməli su ilə təmin edən Qarabağ kanalına qoşulmuş mobil tipli su qurğusunun 240 manat məbləğində su motorunu oğurlamış şəxsin və toplanmış HK-1-513 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş,Şəxs oğlunun şəxsiyyətini müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti Rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X28 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 dekabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3922 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş,X19 məxsus “Vaz 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomoboldən 1 ədəd akkumulyatoru oğurlayan şəxs gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X45 oğlunun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 10 fevral 2021ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-307/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş ,şəxs gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı X16 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 17 dekabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3954 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və toplanmış HK-1-397/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X24 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 12 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-331 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X43 məxsus olan Bərdə rayon Qasımbəyli kəndi ərazisində yerləşən təkər təmiri sexindən bir ədəd 50 manat dəyərində dreli oğurlamağa sonuncuya cəmi 50 manat maddi ziyan vurmuş şəxsin və ya şəxslər gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X25 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 13 noyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/3643 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 nəzarət etdiyi Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən su artezianını 12 metr uzunluğunda kabelini oğurlayan vətoplanmış HK-1/3645 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu Qəhrəmanlı kəndində yerləşən kənd sakinlərinə məxsus su artezianın 40 metr uzunluğunda kabelini və avtomatını(rubilnik) oğurlayan naməlum şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X39 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 30 noyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/3825 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X11 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 24 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X38 məxsus 2 ədəd hind quşun, 03 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Hacıbəyli kəndində içməli su ilə təmin qurgunun matorunun), 20 fevral 2020-ci il tarixdə X37 yaşadığı evin həyətindən samovar, 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Q.Hacıbəyov küçəsində X19 məxsus avtomaşından 1 ədəd akumulyatoru, 30 yanvar 2020-ci il tarixdə Bərdə şəhərində, X.Məmmədov küçəsində yaşayan X13 yaşayış evindən, zirzəmisindən 30 manat dəyərində 30 metr kabeli və 40 manat dəyərində köhnə dəmir metal parçalar, 21 yanvar 2021-ci il tarixdə Bərdə şəhər, Səttərxan küçəsində yaşayan X8 yaşadığı evindən 70 manat dəyərində Merinos xalça və 15 manat dəyərində aliminium qazan, 04 dekabr 2020-ci il tarixdə Bərdə şəhər,köhnə bazar ərazisində Quliyev Etibara məxsus avtomobildən kişi və qadin qeyim əşiyalarını, 02 fevral 2021-ci il tarixdə Bərdə rayon, Qasımbəyli kəndinə gedən yolda X36 işlətdiyi təkər təmiri sexindən 1 ədəd dreli, 04 noyabr 2020-ci il tarixdə Bərdə rayon, Qəhrəmanlı kəndi ərazisində X7 Qənbər Qurbanova məxsus olan 60(altmış) manat dəyərində,12 metr uzunluğunda kabelini, 04 noyabr 2020-ci il tarixdə Bərdə rayonu, Qəhrəmanlı kəndi ərazisində X1 sakinlərinə məxsus olan su artezianın 160 manat dəyərində, 40 metr uzunluğunda kabelini və 70 manat dəyərində işıq avtomatını (rubilnik), 22 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 55-də yaşayan X9 yaşadığı evin həyətindən bir ədəd hidroforu, 20 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri,Ü.Hacıbəyov küçəsisində vətəndaş X35 məxsus evin həyətindən bir ədəd su mühərrikinin, 09 fevral 2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində X6 otlaq sahəsindən 60 ədəd armaturu və artezian nəqilini oğurlayaraq Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs törətdiyi hər bir xırda talama xətası üzrə təqsirli bilinərək barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün və Bərdə Rayon Polis X11 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 22 fevral 2021-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar