Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-2/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, şikayət vermiş şəxs X4, Bərdə rayon Polis şöbəsinin DYPB-nin YPX inspektoru X5 iştirakı ilə Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti baş inspektoru X7 tərəfindən barəsində tərtib edilmiş 29.08.2021-ci il tarixli, İXP ******* saylı protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP4597876 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “SUBARU XV” minik markalı, 90 SH-259 dövlət qeydiyyat nişanlı avtomobillə 28 avqust 2021-ci il tarixdə axşam saatlarında Bərdə şəhərində yerləşən “Alfa Med” klinikasının qarşısında hərəkətdə olarkən Bərdə rayon X11 X13 yol patrul xidməti baş inspektoru X7 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Bərdə rayon X11 X13 inzibati tənbeh vermə haqqında TP ******* №-li, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci naddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Məhkəmə iclasında şikayət verən şəxs X6 şikayəti müdafiə edərək göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə saat 1845 radələrində idarə etdiyi “Subaru XV” markalı 90 SH- 259 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsi ilə hərəkət edib Ü.Hacıbəyov küçəsinin kəsişməsinə çataraq sola dönərkən soldan köhnə bazar istiqamətinə hərəkət edən Vaz-2106 markalı 30 BG-639 nömrəli avtomobil maşını üstünə sürərək onun idarə etdiyi avtomobili vurmuşdur. Hadisənin baş verməsində onun təqsiri olmamışdır. Həmin yerdə tənzimləyici yol nişanı olmamışdır. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti baş inspektoru X7 göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə, saat 1845 radələrində sürücü Babaşov Süleyman Şahin oğlu idarə etdiyi VAZ-21063 minik markalı 30 BG-630 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olaraq Bərdə şəhəri, C.Cabbarlı küçəsinə dönmək istəyərkən X3 idarə etdiyi “SUBARU XV” minik markalı 90 SH-259 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X2 “SUBARU XV” minik markalı 90 SH-259 dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcını keçmə qaydalarını pozması nəticəsində baş vermişdir. Buna görə də X3 əməlində İXM-nin 327.2ci maddəsinin tərkib əlaməti olduğundan 29.08.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və protokol üzrə TP4597876 saylı, 14 sentyabr 2021-ci il tarixli qəbul edilmiş, qərara əsasən 60 manat cərimə edilmişdir. Şirzad Məmmədov ikinci dərəcəli yoldan baş yola çıxarkən gözləməli olduğu halda bunu etməmişdir. Hesab edir ki, X3 şikayəti əsassızdır və rədd edilməlidir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində cərimə edilməsinə dair Bərdə rayon Polis şöbəsinin 14 sentyabr 2021-ci il tarixli TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Bu Məcəllənin 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. İş materiallarından müəyyən edildi ki, X6 28 avqust 2021-ci il tarixdə idarə etdiyi “Subaru XV” markalı 90 SH-259 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Çay Sahili küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində ikinci dərəcəli yoldan baş yola çıxarkən yolayrıcını keçmə qaydalarını pozmuş, əsas yolda hərəkət edən nəqliyyat vasitəsini gözləməli olduğu halda bunu etməyərək onunla toqquşmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göründüyü kimi, X3 28 avqust 2021-ci il tarixdə idarə etdiyi “Subaru XV” markalı 90 SH-259 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Çay Sahili küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində ikinci dərəcəli yoldan baş yola çıxarkən yolayrıcını keçmə qaydalarını pozması, əsas yolda hərəkət edən nəqliyyat vasitəsini gözləməli olduğu halda bunu etməyərək onunla toqquşması halı öz təsdiqini tapdığından, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək ona 60 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X6 28 avqust 2021-ci il tarixdə inzibati xəta törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar olaraq qanunvericiliyin tələbləri pozulmadığından, X3 şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 436.1, 436.1.1 və 436.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında, şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 430, 431, 432 və 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Bərdə rayon Polis şöbəsinin 29 avqust 2021-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-2/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-2/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver