Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-2/2023 08.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X4 Polis Şöbəsinin polis baş inspektoru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü mаddəsi ilə tərtib edilmiş inzibаti xətа haqqında 29 avqust 2022-ci il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 29 avqust 2022-ci il tarixdə saat 23:31 radələrində “Qaz 2401 Minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında X4 Polis Şöbəsinin polis inspektoru X2 ifadəsində göstərdi ki, Şəxs idarə etdiyi “Qaz 2401 Minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Aran- Bəhrəmtəpə yolunun 92-ci km-də Bərdə istiqamətində hərəkətdə olan zaman yolun sağ hissəsindən qəflətən baş yola çıxaraq digər 04 BR 84 və ** HM *** avtomobillərin toqquşmasına şərait yaratmışdr. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 29 avqust 2022-ci il tarixdə saat 23:31 radələrində “Qaz 2401 Minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi zaman yol nəqliyyat hadisəsini törətmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibаti xətа törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 29 avqust 2022-ci il tarixli, № 1051 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 29 avqust 2022-ci il tarixdə, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 23:31 radələrində “Qaz 2101 Minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 23:31 radələrində “Qaz 2101 Minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi zaman yol nəqliyyat hadisəsini törətmiş, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Şəxs məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə təqsirli bilinib, barəsində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs barəsində cərimə tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «10» sentyabr 2022-ci il № 3(021)-1181/2022 Bərdə rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Rusif Quliyevə Bərdə Rayon Məhkəməsinin 3(021)-1181/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ 03 ” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-2/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-2/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver