Məhkəmə qərarları › İş №3(021)-20/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-20/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-20/2024 31.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1988-cı il tarixdə, Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Hacallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Bərdə rayon Polis Şöbəsi tərəfindən 30 dekabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 442-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə rayon Polis Şöbəsinə məlumat verilsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №2079267 nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Hacallı kəndi ərazisində saat 15:00 radələrində Şəxs məxsus protexniki vasitələr aşkar edilmişdir. Daimi fəaliyyət göstərən komissiyanın sədri İTB-nin rəisi polis kapitanı X6, polis sahə rəisi, polis leytenantı X1, polis sahə rəisi, polis leytenantı X4, polis sahə rəsi və polis leytenantı X3 tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, yuxarıda adları qeyd olunmuş şəxslər tərəfindən Şəxs məxsus aşağıda adları qeyd olunan protexniki vasitələr müəyyən edilmişdir:

1. P.500- 83 paçqa 2.JUKİ-33 paçqa

3. EK.100-137 paçqa

4. EK.150-83 paçqa

5. LEOPART KİNG- 384 paçqa

6. EK.23-133 paçqa

7. P.20-144 paçqa

8. SORAL-10 paçqa

9. EK.3-100 paçqa

10. P.750-100 paçqa

11. MİNİ TRİANGLE- 39 paçqa

12. FİŞƏNG-699 ədəd

13. ZENGO-24 paçqa 14.STERMİNATOR 15- 160 paçqa

15. GRACKER EK6207-50 paçqa

16. PİRAT EK0203-38 paçqa

17. Yerdən atma- 103 ədəd

18. KORSAN-243 ədəd 19.BİNG TRİANGLE GRACKER 100-45 paçqa

20. GRACKER EK6207-117 paçqa

21. FOOTBALL SALUTE 50 PCS- 65 paçqa

22. PUMA 2-11 paçqa Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs istehsalı və satılması qadağan olunmuş protexniki partlayıcılar aşkar olunmuşdur. Odur ki, onun barəsində Bərdə rayon Polis Şöbəsində İXM-in 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 442-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı:

Şəxs İXM-in 442-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar- P.500- 83 paçqa, JUKİ-33 paçqa, EK.100-137 paçqa, EK.150-83 paçqa, LEOPART KİNG- 384 paçqa, EK.23-133 paçqa, P.20-144 paçqa, SORAL-10 paçqa, EK.3-100 paçqa, P.750-100 paçqa, MİNİ TRİANGLE- 39 paçqa, FİŞƏNG-699 ədəd, ZENGO-24 paçqa , STERMİNATOR 15- 160 paçqa, GRACKER EK6207-50 paçqa, PİRAT EK0203-38 paçqa, yerdən atma- 103 ədəd, KORSAN-243 ədəd, BİNG TRİANGLE GRACKER 100-45 paçqa, GRACKER EK6207-117 paçqa , FOOTBALL SALUTE 50 PCS- 65 paçqa, PUMA 2-11 paçqa müsadirə edilməklə 350 (üç yüz əlli ) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar