Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-200/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Ərşad oğlunun iştirakları ilə, xx xxxxxxxx 1969-cü il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, Bərdə şəhəri Təbriz küçəsi ev 46 yaşayan Şəxs Ərşad oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ərşad oğlu Bərdə Rayon Məhkəməsinin 2(021)-4249/2019 saylı 16 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən borclunun 4342 manat ödənilməmiş borcu vardır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında icra məmuru X7 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4249/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli icra sənədi üzrə cavabdeh Şəxsdan 4312 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X1 verilsin. Şəxs Ərşad oğluna dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Həmçinin icra məmurunun çağırışlarına əsasən gəlməkdən boyun qaçırdığına görə Şəxs Ərşad oğlu barəsində Bərdə rayon Polis Şöbəsində 17287 nömrəli yerli axtarış işi açılmışdır. 22 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində şöbəyə gəlmiş və barəsində inzibati protokol tərtb edilmişdir. Məhkəmədən Şəxs Ərşad oğlunun inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ərşad oğlu verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4249/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli icra sənədindən ümumiyyətlə xəbəri olmamışdır. O, icra məmuru ilə əlaqə saxlamamışdır. Ona polisdən zəng vurulan kimi könüllü şəildə Bərdə rayon İcra və probasiya şöbəsinə getmişdir. Borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Tez bir zamanda borcunu ödəyəcini söz verdi. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(021)-4249/2019 saylı icra vərəqəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4249/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 4312 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, icra məmuru, X7 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Ərşad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 22 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Ərşad oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs Ərşad oğlu Bərdə Rayon Məhkəməsinin 2(021)-4249/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli icra sənədi üzrə iddiaçıya 4342 manat məbləğində borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmiş, borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Ərşad oğlunun məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməməsi və çağırışlara gəlməyərək qaçıb gizlənməsi iş materiallarından da göründüyü kimi artıq mütəmadi hal almışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Ərşad oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs Ərşad oğluna cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs Ərşad oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Ərşad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-200/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-200/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver