Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-200/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin polis sahə rəisi X7, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi işlə məşğul olan, Bərdə Qasımbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələrində ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 28 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixunadan istifadə etmişdir. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 28 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bərdə rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 3(021)-200/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-201/2025 və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məzuliyyətə cəlb edilməsinə dair 3(021)-201/2025 saylı inzibati işlər bir icraatda birləşdirilərək 3(021)-200/2025 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 göstərdi ki, 18 mart 2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Şəxs Zərərçəkmiş şəxs döyərək, ona xəsarət yetirmişdir. Bundan başqa qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir, Şəxs Mürşüd oğlu barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Narkotik vasitə olan marixuanadan istifadə etmişdir, buna görə müayinə olunarkən onun narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Hazırda narkotik vasitədən istifadə etmir. Zərərçəkmiş şəxs 18 mart 2025-ci il tarixdə heç bir səbəb olmadan onunla mübahisə etmişdir, mübahisə etdirkləri zaman hirslənmiş, nalayiq ifadə işlətmşdir, Gülnurə onun üstünə hücum etmiş, üz-gözünü cırmışdır, lakin bədənində olan xəsarətlərə görə həkim müayinəsindən keçməmişdir. Əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində gözəllik salonunda işləyir, hər gün axşam evə gedərkən bazara gedir və ev üçün zəruri olan ehtiyaclarını alır. Şəxs onu təxminən 3 ay bundan əvvəldən də narahat etməyə başlamış, o, bazara, dükana gedəndə onun arxasınca gəlmiş, öz mobil nömrəsini ucadan söyləmiş, mağazada kassada olanda qarşısına keçmiş, yolunu kəsmiş, hər cəhdlə onun diqqəti çəkməyə çalışmışdır. 18 mart 2025-ci il tarixdə də mübahisə buna görə olmuşdur. Şəxs etirazını bildirmişdir, Şəxs onu ağır nalayiq ifadələrlə təhqir etmiş, onu döymüş, əl-qolunu dişləmiş, ona xəsarətlər yetirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng etmişdir. Hazırda Şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli MN ******* saylı və 28 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsaslıdır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs 9 yanvar 1980-ci ildə doğulmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxxx 1987-ci ildə doğulmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bərdə Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X3 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bərdə Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X3 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin yoxlanılması barədə 17 fevral 2025-ci il tarixli 170 nömrəli protokoldan görünür ki, Şəxs müayinəsi zamanı THÇ marixuana aşkar edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli 194 saylı ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar idilmiş xəsarətlər- boyunun sağ yan səthinin, sol yarısının aşağı 1/3-nin bayır səthinin qançırları, sol əlin İİİ barmağının İİ falanqasının arxa səthinin sıyrığı, sağ əlin İV barmağının İ-İİ falanqasının sol yan səthinin, ovuc səthinin, sağ əlin İİİ barmağının falanqasının ovuc səthinin səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən ola bilsin nrda göstərilən dişləmə və zərərçəkəmişin göstərdiyi əllə boğma zamanı törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və umilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində əməlində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında icraata xitma verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Şəxs Bahadur oğlu barışmışdır. Zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
157. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bahadur oğlu barəsində İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs Bahadur oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə olan halda, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A L D İ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərərçəkmiş və protokolu tərtib edən şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Bayram Məhərrəmov