Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-2013/2025 27.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin sahə rəisi X8, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Ş/V:AZE №********, xx.xx.1960-cı il tarixdə, Bərdə rayonu, Mirzalıbəyli kəndində doğulmuşdur, orta təhsilli, subay, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 27 dekabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X8 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində yaşadıqları evin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan davadalaş zamanı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bərdə rayonu, Şorəlli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində yaşadıqları evin həyətində olduqları vaxt, gəlini Aytac, onun anası Məryəm və qardaşı Rəşad evlərinə gəlmişlər. Aytac və anası Məryəm onu təhqir etmişlər. Onlara etirazını bildirdikdə, Aytac, anası Məryəm və qardaşı Rəşad onu həyətdə döymüşlər. Sol alın gicgah nahiyyəsində olan xəsaərəti Aytac saçını dartan zaman yetirilmişdir. Sol qolun orta 1/3 hissəsinin ön səthinin xəsarətini qardaşı Rəşad yetirmişdir. Sol əlin 1-ci barmağının əsas falanqanın xəsarətini Aytac ona yetirmişdir. Belə ki, Məryəm arxadan onu tutmuş, Aytac isə ona xəsarət yetirmişdir. 3-cü barmağının 2 falanqasının səthinin sıyrıqları xəsarətləri özünü qoruyarkən başını tutan zaman Aytac onu əli ilə vuran zaman dırnaqları ilə yetirmişdir. O, Aytacı vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Bərdə rayonu, Şorəlli kəndində qaynanası Şəxs yaşadığı evin yerləşdiyi həyətdə yerləşən özlərinə məxsus digər evdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Şəxs həyətindən keçərək özlərinin evlərinə getmək istəyərkən Şəxs Elmir Hüseynovu tutub saxlamış və onları içəri buraxmamışdır. Uşaqlarını da götürüb çəpərdən keçib evinə getmək istəyərkən orada olan baldızı Aynur və qaynı Elgün onu vurmuşlar. Şəxs ilə qarşı-qarşıya çıxmamış və Sevda onu vurmamışdır. Bunla bağlı video görüntü var. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X7 bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 951 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol alın-gicgah nahiyəsinin, sol saidin orta 1/3-nin ön səthinin, sol əlin İ barmağının əsas flanqasının, İİİ barmağının İİ flanqasının arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 960 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin İV barmağının dırnaq flanqası nahiyəsində dırnaq yatağının səthi əzilmiş yarası, qansızmaası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 961 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənənin sağ yarısının, sol əlin İİ barmağının İİ flanqasının arxa səthinin, İİİ barmağının və əl pəncəsinin arxa səthinin sıyrıqları, alt dodağın sağ yarısında selikli qişasının səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 2310.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2280656 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində yaşadıqları evin qarşısında Şəxs ilə Zərərçəkmiş şəxs arasında olan dava-dalaş zamanı Hüseynova X2 Aytac Qabil qızını döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetmir. Çünki, şəxsin Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı və sağlamlığına hər hansı bir qəsədən xəsarət yetirərək inzibati xəta törətməsi iş materialları və Zərərçəkmiş şəxs özünün ifadəsi ilə sübut olunmur. Belə olan halda Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 960 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İV barmağının dırnaq flanqası nahiyəsində dırnaq yatağının səthi əzilmiş yarası, qansızmaası küt əşyanın (əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Şəxs həyətindən keçərək özlərinin evlərinə getmək istəyərkən Şəxs özünün oğlu Elmir Hüseynovu tutub saxlamış və onları içəri buraxmamışdır. Uşaqlarını da götürüb çəpərdən keçib evinə getmək istəyərkən baldızı Aynur və qaynı Elgün onu döymüşlər. Şəxs ilə qarşı-qarşıya çıxmamış və Sevda onu vurmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsində və məhkəmədə verdiyi izahatlarında Şəxs onun döyməsi öz əksini tapmamışdır. Bundan başqa onda sağ əlin İV barmağının dırnaq flanqası nahiyəsində dırnaq yatağının səthi əzilmiş yarası, qansızmaası xəsarətlərinin necə yaranması müəyyən olunmur. Barəsində protokol tərtib edilmiş Şəxs veridiyi izahatla da Zərərçəkmiş şəxs həmin xəsarəti necə alması müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi məhkəmə tibb ekspertizasının rəyi ilə sübuta yetmir. Təqdim edilmiş video diskə baxış keçirilərkən Şəxs oğlu Elmir Hüseynovun və Zərərçəkmiş şəxs qarşısını kəsərək onları evə buraxmaması, həmçinin X10 Hüseynovanın biri-birlərini qarşılıqlı itələmələri görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin hazırkı işdə müəyyən edilmişdir ki, Gülxar Mustafayeva həmin xəsarətləri ehtiyyatsızıqdan almışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin əməl sübuta yetmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-2013/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-2013/2025
27.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver