Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-2014/2025 27.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəis polis mayoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirаkları ilə, Ş/V: AA*******, xx.xx.1984-cü il tarixdə Bərdə rayonu, Şorəlli kəndində anadan olmuş, orta təhsilli, evli, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 26 dekabr 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X6 izahat verərək bildirdi ki, Bərdə rayonu, Şorǝlli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə qızı Aytacın yaşadığı evinin qarşısında Şəxs onu döydüyünü bildirmişdir. Həmin məlumat RPŞnin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”-nda qeydə alınaraq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində yaşayan Şəxs ilə onların yaşadığı evin qarşısında qardaşının qaynanası Zərərçəkmiş şəxs arasında ailədaxili mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Əməldə cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X2 göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhərində olduğu vaxt ona bacısı zəng edərək anası Sevda Hüseynova ilə gəlinləri Aytac arasında mübahisə olduğunu bildirmişlər. Həmin vaxt ərazi üzrə sahə müvəkkili Şaiq Səlimova zəng edərək bu barədə məlumat vermiş və özü də yaşadığı Bərdə rayonu, Şorəlli kəndində yerləşən evlərinə gəlmişdir. Evə gələndən sonra qardaşı Elmirə yaxınlaşmış, anası Sevda ilə arvadı Aytacın arasında olan mübahisəilə bağlı iradını bildirmişdir. Həmin vaxt qardaşı Elmir qaynanası Zərərçəkmiş şəxs telefon vasitəsi ilə video çəkiliş aparmışdır. Zərərçəkmiş şəxs video çəkiliş apardığına görə iradını bildirmiş və onu vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Törətdiyi əməldən peşmandır. Odur ki, barışmalarının nəzərə alınmasını və inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, ailə üzvlərilə birlikdə Bərdə rayonu, Şorǝlli kəndində yaşayır. Həmçinin X8 da həmin kəndə öz evlərində yaşayır. X7ynanası Sevda Hüseynovanın həyətindən keçərək öz evinə gedərkən qaynanası Sevda Hüseynova onun və kürəkəni Elmir Hüseynovun qarşısını kəsək onları evlərinə keçməyə buraxmamışdır. Ona bu barədə bildirildikdə X8nın yaşadığı evə getmiş, əlində olan özünə məxsus mobil telefonla çəkiliş etmişdir. Çəkiliş çəkməsinə qızı Aytacın qaynı Şəxs etiraz edərək onu yumruqla ağzından vurmuşdur. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Şəxs onu döyən zaman xəsarət almışdır. Hazırda məhkəməyə ərizə verniş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəflərin barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Bərdə rayonu, Şorǝlli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə X8nın yaşadığı evin qarşısında Şəxs onu döydüyünü bildirmişdir. Həmin məlumat RPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”-nada qeydə alınaraq araşdırma aparımış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-cü il tarixdə, saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində yaşayan Şəxs ilə aralarında yaranan mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək, ona alt çənənin sağ yarısının, sol əlin İİ barmağının İİ flanqasının arxa səthinin, İİİ barmağının və əl pəncəsinin arxa səthinin sıyrıqları, alt dodağın sağ yarısında selikli qişasının səthi əzilmiş yarası ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 961 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənənin sağ yarısının, sol əlin İİ barmağının İİ flanqasının arxa səthinin, İİİ barmağının və əl pəncəsinin arxa səthinin sıyrıqları, alt dodağın sağ yarısında selikli qişasının səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 2310.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayonu, Şorəlli kəndində Şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs döyrək ona fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-2014/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-2014/2025
27.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver