Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-202/2021 15.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Nizami küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosil müavinətlər sektorunun referenti vəzifəsində işləyən Şəxs “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq müavinətin təyin olunması barədə 10 gün ərzində, müavinətin təyin olunmasından imtina edilməsi barədə isə 5 gün ərzində qərarın çıxarılmasına dair qanunun müvafiq olaraq 10.4 və 10.5-ci maddələrinin tələblərini pozaraq X1 2012-ci il təvəllüdlü qızı Səyalı Məmmədzadəyə sosial müavinətin təyin olunmaı üçün tələb olunan sənədləri ərizə ilə birlikdə 01.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə təqdim etməsinə baxmayaraq həmin sənələri yalnız 11.12.020-ci il tarixdə baxılması üçün DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına göndərmiş, nəticədə sosial müavinətin təyin edilməsi barədə qərar qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumat verməmişdir. Bununla Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 195.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X1 qızı 2012-ci il təvəllüdlü Səyalı Məmmədzadəyə sosial müavinətin təyin olunması ilə əlaqədar tələb olunan sənədlərə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi məlumat Fondun Bərdə rayon filialının məsul şəxsi Vidadi Kərimov tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığı üçün icraata xitam verilməlidir. İXM-in 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-202/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-202/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver