Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-202/2025 15.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin İcazə və razılaşdırma şöbəsinin müdiri X3 iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Sayballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Gəncə küçəsi ev 26-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən 25 aprel 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında X7 izahatında göstərdi ki, 2024-cü ilin may aydında Şəxs tərəfindən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Moda Stil” mağazasının fasadında reklam guşəsi yerləşdirilməsi barədə X10 İdarəsindən müvafiq icazə alınmışdır. İcazə müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Şəxs icazə müddətinin uzadılması barədə İdarəyə müraciət etməmiş, icrası məcburi göstəriş verilməsinə baxmayaraq icazə sənədi alınmadan reklam yayımını qanunsuz olaraq davam etdirmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, əvvəl X10 İdarəsi ilə müqavilə bağlamış və mağazasının divar fasadında reklam yerləşdirilməsi üçün icazəsi olmuşdur. Həmin müqavilə üzrə icazə müddəti bitmiş, lakin yeni müqavilə bağlamamışdır. Əməlindən peşmandır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, 00331 nömrəli aktın surətindən görünür ki, X10 İdarəsinin böyük müfəttişi X2 və həmin idarənin müfəttişi X4 həmin aktı tərtib etmişlər ondan ötrü ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Moda Stil” mağazasının sahibi fərdi sahibkar (VÖEN **********) Şəxs tərəfindən icazə sənədinin müddətinin bitməsinə baxmayaraq müddətin uzadılmasından və ya fasad reklam lövhələrini sökməkdən imtina etmişdir. X10 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11-3-8/2-091/2025 saylı yazılı göstərişdən görünür ki, Şəxs ona məxsus olan obyektin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilmiş, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinə müraciət etməyi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə, tərəflərindən müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən X10 İdarəsinin Reklam Fəaliyyətinin Monitorinqi Şöbəsinin böyük müfəttişi X2, həmin şöbənin müfəttişi X4, “Moda Stil” mağazasının sahibi Şəxs iştirakı ilə tərtib olunmuş xx.xx.2025-cü il tarixli Aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 saylı Fərmanına uyğun olaraq açıq məkanda reklam yayımına dövlət nəzarəti həyata keçirən zaman Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Moda Stil” mağazasının fasadında müvafiq icazə alınmadan reklam yerləşdirdiyi tərəflərindən aşkar olundu. İcrası məcburi göstəriş verilməsinə baxmayaraq icazə sənədi alınmadan reklam yayımını qanunsuz olaraq davam etdirmişdir. X10 İdarəsinin Reklam Fəaliyyətinin Monitorinqi Şöbəsinin böyük müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1254761 nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Moda Stil” mağazasının fasadında müvafiq icazə alınmadan reklam yerləşdirdiyi aşkar olunmuşdur. İnternet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs VÖEN ********** əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1989-cu ildə Ağdam rayonu, Saybalı kəndində doğulmuşdur, Ağdam rayonu, Bağbanlar Ərazi Dairəsinin Bağbanlar kəndində qeydiyyatdadır. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 17-ci madəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanın 3-cü maddəsinin 2-bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Moda Stil” mağazasının fasadında müvafiq icazə alınmadan reklam yayımlamış, beləliklə də, adıçəkilən şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs İXM-in 428.7.1—ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, Şəxs İXM-in 428.7.1-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydad аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-202/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-202/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver