Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-203/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, X1, Bərdə rayon X9 X12 yol patrul xidməti inspektoru X5 iştirakları ilə, X1 Bərdə rayon X9 X12 inspektoru X7 tərəfindən tərtib edilmiş 20 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon X9 X12 inspektoru X7 tərəfindən tərtib edilmiş 20 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərdi ki, 20 yanvar 2021-ci il tarixdə saat 21:10 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində evə gədərkən Yol Polis Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol Polis Xidmətinin əməkdaşları onu işıqforun qırmızı işığı yanarkən yol keçməyinə görə saxladığını bildirmişlər. O, etiraz olaraq bildirib ki, o heç bir vaxt belə pozuntu etməmişdir. Yolayrıcını keçmə qaydalarını pozamadığı halda onun əməlini yolayrıcını keçmə qaydalarının pozulması kimi qiymətləndirilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələri ilə inzibati protokol tərtib olunaraq 60 manat məbləğində cərimə olunmuşdur. Halbu ki, yolayrıcını keçmə qaydasını pozmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş protokol qanunsuz olduğundan həmin protokol üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon Dövlət X12 Yol Polis Xidmətinin yol patrul xidməti inspektoru X7 izahat verərək göstərdi ki, X6 20 yanvar 2021-ci il tarixdə idarə etdiyi “Lada 21010” markalı ** BX *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olduğu vaxt Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Bakı küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. X3 yol hərəkəti qaydasını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Bundan sonra X6 barəsində tərtib olunmuş protokol üzrə 60 manat məbləğində cərimə olunmasına dair qərar qəbul olumuşdur. X4 şikayət ərizəsini ona görə əsassız hesab edir ki, Diaqnostikanın qarşısında birinci dərəcəli yolda 2 işiqfor var. İkinci dərəcəli yoldan çıxıb şəhər istiqamətinə hərəkət etmək üçün ikinci işıqforda dayanmalıdır. Sürücü diaqnostikadan çıxıb yaşıldan, amma ikinci işıqforda dayanmalı idi. Sürücü bu qaydalara riayət etməyib. Sənədlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Belə ki, 2016-cı ildə yazılmış cəriməni ödəmədiyndən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən də verilmiş şikayət əsassızdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə X1 və Bərdə rayon X9 X12 yol patrul xidmətinin inspektoru X5 izahatınını dinləyib və iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, 20 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 04 fevral 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 20 yanvar 2021-ci il tarixdə idarə etdiyi “VAZ 21103” markalı ** BX *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olduğu vaxt Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Bakı küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələri ilə barəsində İXP ******* saylı inzibati protokol tərtib olunaraq 60 manat məbləğində cərimə olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə şəxs qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə şəxs altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşin hallarından müəyyən olunur ki, X4 əməlində iki inzibati xəta tərkibi olmuş və Bərdə rayon X9 X12 inspektoru X7 tərəfindən haqlı olaraq şəxsə törədilmiş inzibati xətalar üzrə daha ağır olan 327.2-ci maddə ilə inzibati cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bərdə rayon X9 X12 inspektoru X7 tərəfindən tərtib edilmiş 20 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə rayon X9 X12 inspektoru X7 tərəfindən tərtib edilmiş 20 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli TP ******* saylı qərar dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-203/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-203/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver