Məhkəmə qərarları › İş №3(021)-203/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-203/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-203/2025 13.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə iş materiallarını məhkəmə iclasında аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 398-ci mаddəsi ilə inzibаti xətа haqqında 11 saylı DVX tərəfindən xx.xx.2025-ci il tarixdə, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:19-da sahibkar Şəxs məxsus (VÖEN:**********) Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən baytarlıq aptekində xüsusi razılıq (lisenziya) olmadan baytarlıq məlumatlarının satışı həyata keçirdiyi aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********4814 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar Şəxs (VÖEN:**********) fəaliyyət göstərdiyi AZ5900, Bərdə şəhəri Üzəyir Hacıbəyov küçəsində yerləşən **********-40002 kodlu təsərrüfat subyektində (obyektde) seçilmiş operativ vergi nəzarəti tədbirləri zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan “Baytarlıq apteki” fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmişdir. Vergi ödəyicisi üzrə aşkar olunmuş qanun pozuntusu xx.xx.2025-ci il tarixli DVX seriyalı 001560 nömrəli “lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” aktla, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən tərtib edilmiş akt və protokola baxıldıqdan sonra çıxarılmış qərarın nəticəsi barəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məlumat verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə yerində müşavirə edərək tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İnzibati xəta haqında protokola əlavə edilmiş materiallara dair yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarış olmadığından məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər natamamdır. Qeyd edilən natamamlıqların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol onu tərtib etmiş DVX-nin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, MN №0880449 saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar