Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-207/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin sahə rəisi X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, müdafiəçi X5 iştirakı ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunun Nazırlı kəndində doğulmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 –cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Alpoud kəndində ictimai yerdə nalayiq ifadələr işlətmişdir . Məhkəmə iclasında Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi Şəxs məhkəmə iclasında göstərdi ki, 29 aprel 2025-ci il tarixdə Bərdə rayonu Alpoud kəndində Zərərçəkmiş şəxs2, X6 ilə mübahisə yaratmış, mübahisə zamanı Dünyamin və Hüseyni uca səslə ünvanlı və ünvansız nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə də Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayonu Nazırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Dörd yol deyilən ərazidə uzun illərdir ki, Elşən müəllim adlı şəxsin yanında fəhlə işləyir, Hüseynin yoldaşı da həmin yerdə fəhlə işləmişdir. Həmin vaxtı Hüseynin yoldaşı onun telefon nömrəsini götürmüşdür. Hüseynin yoldaşının atası ilə telefon vasitəsi ilə danışır, qızın özü ilə də bir neçə dəfə danışmışdır, bir neçə gün əvvəl qızın anası zəng etmişdir ki, gedib Hüseynin yoldaşını da aparsın, o, isə bildirmişdir ki, o cavan gəlindir, kənd yeridir, yaxşı çıxmaz, onu gəlib aparması düz gəlməz, 29 aprel 2025ci il tarixdə qızın anası yenə ona zəng edərək, demişdir ki, qızı-Hüseynin yoldaşı acıq edib gəlmişdir, o isə bu işin ona aidiyyatı olmadığını bildirmişdir. Çinarənin anası qızının ailəsində problem olmasının səbəbi kimi onun Çinarə ilə danışması olduğunu demişdir. O isə həmin vaxtı içkili olmuş, Çinarə özü ona zəng etmiş, Çinarə ilə nalayiq heç bir söhbət danışmamış, danışdığına görə üzr istəmişdir. Zərərçəkmiş şəxslərdən nə Dünyamini, nə də Hüseyni görməmiş, onlarla hər hansı danışığı, mübahisəsi olmamışdır. 29 aprel 2025-ci il tarixdə heç bir yerdə getməmiş, işdə olmuşdur. Hüseyn və Dünyaminlə görüşmədiyindən aralarında mübahisədə olmamış, söyüş söyməmişdir. İşlədiyi yerdən onu polis əməkdaşları aparmışdır. Bərdə Rayon Polis Şöbəsində verdiyi izahatı polis əməkdaşının sözləri əsasında yazmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs, müdafiəçi X1 Təbriz Tələt oğlunun barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 göstərdi ki, Bərdə rayonu, Alpoud kəndində yaşayır. Heyvandarlıqla məşğuldur. Həmin günü heyvandan gələndə bilmişdir ki, yoldaşı Çinarə Təbrizlə telefonla danışır. Təbrizi evinə çağırmışdır, Təbriz onun yaşadığı evə gəlmiş, orda ona və əmisi oğluna ağır söyüşlər söymüşdür. Təbrizlə 29 aprel 2025-ci il tarixdə görüşmüşdür. Təbrizlə barışmamışdır, onun barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Hüseynin həyat yoldaşı tez-tez acıq edib gedirdi, Hüseyn onu çağırmış, bidirmişdir ki, Çinarə başqa adamla danışır, o, da telefonda olan səs yazısına qulaq asmış və görmüşdür ki, qızın danışdığı şəxs Təbrizdir. Təbrizi tanıyır, həmin vaxtı Təbriz küçədə olmuş, ona öz iradını bildirmiş, demişdir ki, xəstə uşaqdır, niyə camaatın arvadına zəng edir, o, isə demişdir ki, “Çinarə ona zəng etmişdir. Kişidir arvadına yiye dursun, sənin nə işinə qalıb kimi ifadələr işlətmişdir.” Həmin vaxtı ətrafda heç kim olmamışdır, Təbriz, o və Hüseyn olmuşdur. Hüseynin yoldaşı xəstədir, Təbrizə o, zəng etmiş, görüşmələrini demişdir. Təbrizlə 29 aprel 2025-ci il tarixdə saat 12.00-1.2.30 radələrində görüşmüşdür. Təbrizlə barışmır, onun barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilmir, ünvansız nalayiq ifadələr işlətməsi faktı öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-207/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-207/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver