Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-21/2023 16.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxxx 1972-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Xanağalı kəndində yaşayan Şəxs 23 dekabr 2022-ci il tarixdə Bərdə Rayon Polis şöbəsində tibbi müayinədən keçirilərkən onun sidik nümunələrindən narkotk vasitə hesab edilən marixuana aşkar edilmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İ Qarabağ müharibəsinin veteranıdır. Oğlu isə İİ Qarabağ müharibəsinin veteranıdır. 1992-1993-cü illərdə narkotik vasitələrdən istifadə etmiş, daha sonra narkotik vasitələrdən istifadə etməmişdir. 2022-ci ilin dekabr ayında toy məclisində iştirak etmiş, yeyib-içdikdən sonra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2022-ci ilin dekabr ayının 25-də Bərdə Rayon Polis şöbəsinin əməliyyat müvəkkili onu Bərdə RPŞ-nə dəvət etmiş və polis şöbəsində onu tibbi müayinədən keçirmişlər. Polis əməkdaşları sidik analizi zamanı sidiyində narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Özünün və oğlunun Qarabağ müharibəsi iştirakçıları olmasının, tutduğu əməldən peşiman olmasının nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən protokol tərtib edən şəxs X2 göstərdi ki, Bərdə RPŞ-nin İTB-də sahə rəisi işləyir. Şəxs Bərdə RPŞ-nə dəvət edilmiş, sonuncunun sidiyindən götürülmüş analiz nümunəsindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bu barədə Bərdə RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından 28 dekabr 2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qeyd olunan qərarın surəti ona verilmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərarından görünur ki, Şəxs qanunsuz olaraq qurudulmuş marixuanadan istifadə etdiyi üçün əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri vardır. Toplanmış materiallarda Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, şahidi dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün məhkəmə iclasında səmimi etirafı, inzibati xəta haqqında 16 yanvar 2023-cü il tarixli MN ******* nömrəli protokol, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərarı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut olunduğundan, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alıb, onun barəsində təqsirli bilindiyi İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə Bərdə RPŞ-nə dəvət edilmiş, sonuncunun sidik analizi zamanı sidiyində narkotik vasitə aşkar edilmiş, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X1 28 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞnin İTB-nə verilmişdir. Lakin Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X2 qeyd olunan qərar üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə protokolu gecikdirməklə, yəni 16 yanvar 2023-cü il tarixdə tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-nin 101.2-ci maddəsinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Qeyd edilməlidir ki, Şəxs barəsində Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən çıxarılan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərar ilə inzibati xətanın törədilməsi faktı aşkar edilmişdir. Belə olan halda, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbinə uyğun olaraq onun haqqında dərhal, İXM-nin 101.2-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə isə iki gün müddətində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin Bərdə RPŞ-də MN ******* saylı inzibati xəta haqqında protokol 16 yanvar 2023cü il tarixdə, yəni inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 19 gün sonra tərtib edilmiş, bununla da, İXM-nin 101-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Şəxs barəsində tərtib edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş, inzibati xəta haqqında protokol natamam tərtib edilmiş, protokolda inzibati xəta törətmiş şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. İXM-nin: 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin tələblərinin bu cür pozuntularına gələcəkdə yol verilməməsi Bərdə Rayon Polis şöbəsinin nəzərinə çatdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 206, 360, 362-365, 425, 430-432-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğdə inzibati tənbeh növündə cərimə edilsin. Qərardan surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-21/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-21/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver