Məhkəmə qərarları › İş №3(021)-210/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-210/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-210/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Bərdə RPŞ-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1983-cü ildə anadan olmuş, Ağdam rayon Başqərvənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayon 588 saylı qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN №2083620 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin qarşısında Zərərçəkmiş şəxs 120 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN №2083619 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında X2 220 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-200/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-200/2025 və 3(021)-201/2025 saylı inzibati işlər bir icraatda 3(021)- 200/2025 nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin Təhqiqat Bölməsindən icraatına iki qərar daxil olmuşdur. Həmin qərardan eyni şəxsin fərqli şəxslə qarşı dələduzluq əməli faktı aşkar olunmuşdur. Lakin iş üzrə cinayət işini başlanması rədd olunmuşdur. Çünki əməldə İXM-nin 227-ci maddəsinin motivi öz əksini tapmışdır. İş üzrə zərəçəkmiş şəxslərin izahatı alınmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verməkdən imtina etmiş və törətdiyi əməli inkar etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, öz kreditini ödəmək üçün banka getmiş, orada olan vətəndaşlar kömək istədikdə dəfələrlə köməklik etmişdir. Əgər o, həmin şəxslərin pulunu götürmək istəsə ödənişin qəbzini onlara verməzdi. Zərərçəkmiş şəxs Yusif adlı şəxsə bankomatda pul ödəməsinə köməklik etmişdir. Lakin tarixini dəqiq xatırlamır. Çünki qəbz onda qalmamışdır. Yusifin 220 manat pulunu onun öz kart hesabına ödəmişdir. Binnət adlı şəxsə də terminalda pul ödəməsinə köməklik etmişdir. Hazırda onlara dəymiş ziyanı ödəmək istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, polis şöbəsində verdiyini izahatını təsdiq edir. Həmçinin ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 oğlu bildirdi ki, polis şöbəsində verdiyini izahatını təsdiq edir. Həmçinin ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərinin olması ehtimalı olduğundan barəsində olan material Bərdə Rayon Prokuroluğuna göndərilməlidir. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci tarixli qərarlarından görünür ki, Şəxs 4169-7388-4819- 8127 nömrəli kart hesabı vasitəsi ilə edilmiş digər əməliyyatlara baxılan zaman xx.xx.2025-ci il tarixdə saat 10.13 dəqiqədə 120 manat xx.xx.2025-ci il tarixdə, saat 10:11 dəqiqə də həmin kart hesabına 286 manat, xx.xx.2025-ci il tarixdə, saat 12:34 dəqiqədə 100 manat, xx.xx.2025-ci il tarixdə, saat 09:42 dəqiqədə 116 manat, xx.xx.2025-ci il tarixdə, saat 10:29 dəqiqədə 120 manat, xx.xx.2025-ci il tarixdə, saat 09:50 dəqiqədə 100 manat, 13:28 dəqiqədə isə 75 manat, 17 aprel 2025-ci il tarixdə, saat 11:08 dəqiqədə 100 manat, 22 aprel 2025-ci il tarixdə, saat 09:10 radələrində 90 manat, 09:13 radələrində isə 515 manat, 25 aprel 2025-ci il tarixdə, saat 09:00 dəqiqədə 220 manat, xx.xx.2025-ci il tarixdə, saat 13:37 dəqiqədə isə 220 manat məbləğində mədaxil edildiyi, pulların elə kart hesabına köçürüldüyü tarixdə də bankomatdan nağdlaşdırılaraq məxaric edildiyi müəyyən olunmuşdur. Burada müəyyən olunur ki, Şəxs əməlləri nəticəsində zərərçəkən şəxslərin sayı 2 nəfər deyil, daha çoxdur. Belə olan halda Şəxs əməlində cinayət əlamətlərinin olması ehtimalı olduğundan barəsində olan material Bərdə Rayon Prokuroluğuna göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə Bərdə Rayon Prokurorluğuna göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar