Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-211/2022 04.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y yə n e t d i: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 23.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törətmiş Şəxs qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törətmiş Şəxs iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Şəxs EQ ******* nömrəli inzibati protokol üzrə 20 manat cəriməni və ona hesablanmış 12 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ ******* saylı protokol üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-211/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-211/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver