Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-2118/2025 06.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, şikayətçi X1 iştirakı ilə Bərdə rayon prokuroru Rəşad İsgəndərovun xx.xx.2025-ci il tarixli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş Bərdə rayon prokuroru Rəşad İsgəndərovun xx.xx.2025-ci il tarixli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarından şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X1 barəsində Bərdə rayon prokuroru Rəşad İsgəndərovun xx.xx.2025-ci il tarixli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarı əsasında qərar qəbul edilmiş, lakin X4 həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, prokurorun "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarındanşikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bərdə rayon prokuroru Rəşad İsgəndərovun xx.xx.2025-ci il tarixli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarının ləğv edilməsi barədə şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-2118/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-2118/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver