Məhkəmə qərarları › İş №3(021)-213/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-213/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-213/2025 08.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin barəsində çıxardığı xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar ondan aslı olmayan səbəblərə görə qəbul edildiyindən məhkəmə qaydasında ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparalın şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, inzibati qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndəlilməlidir. Belə ki, Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti X10 X7 Sistemlərinin İstismatrı İdarəsinin rəisi Murad Zeynalovun xx.xx.2024-cü il tarixli, 341 nömrəli əmrinin surətindən görünür ki, X4 – idarənin nəzarətçisi ilə bağlanmış əmək müqaviləsi “regional Su Melorasiya Xidməti” X10in X7 Sistemlərinin İstismarı İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında materiallardan göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsi tərəfindən Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti X10 X7 Sistemlərinin İstismatrı İdarəsinin rəisi Murad Zeynalov barəsində (yerləşdiyi yer Tərtər şəhəri, Elman Hüseynov küçəsi 48) tərtib olunmuşdur. Belə olan halda iş materialları ilə müəyyən olunur ki, inzibati xəta Tərtər şəhərində törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi təsvir olunan hazırki inzibatı xətanın faktiki törədildiyi yer Tərtər şəhəridir. X6 da verdiyi şikayəti üzrə inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması ilə bağlı məhkəməyə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Belə olan halda Azərbaycan Respublikası Konstitusiyasının 62, Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddələrinin imperativ tələbləri rəhbər tutulmalıdır. Beləliklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X2 vermiş olduğu şikayətə aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 62, İnzibati Xətalar Məcəlləsinin 110, 129.1.3, 118 və Cinayət Prosessual Məcəllənin 29 və 77-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ 04 noyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X2 vermiş olduğu şikayəti baxılması üçün inzibati iş aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar