Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-215/2025 19.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 452.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 452.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 09 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və inzibati xəta törətmiş Şəxsnə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəm iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəməyə elektron ərizə verərək işə nnümayəndənin iştirakı olmadan baxılaraq Şəxs MMC barəsindəinzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclаsındа şahid qismində izahat vermiş Nümayəndə2 Ramiz oğlu izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus olan Bərdə şəhəri, Nizami küçəsi 3 saylı S.M.D-yə məxsus köhnə əraziyə dönən yoldan cənub tərəf ünvanında yerləşən aptekdə əczaçı işləyir, təxminən 2025-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirlyi tərəfindən yoxlama aparılmış, yoxlama zamanı bəzi dərman vasitələrinin elektron reseptdən istifadə edilmədiyi aşkar olunduğu üçün prorotkol tərtib edilmişdir. Fəaliyyət göstərdiyi aptekdə resept əsasında buraxılan dərman vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydaya zidd olaraq satışı həyata keçirilmişdir. Həmin aptekdə elektron sistem fəaliyyət göstərsə də Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron resept yazılmadığından xəstələrə kağız daşıyıcıda tərtib edilmiş resept əsasında dərman satışı həyata keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş akta özü imza etmişdir. Yoxlamanın nəticəsi ilə razıdır. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs MMC tərəfindən İXM-in 452.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC yə məxsus Bərdə şəhəri ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə yoxlama aparılmış, aparılmış yoxlama zamanı resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkar olunmuş, fakt əsasında Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 “ Publik Hüquqi şəxsin 11 mart 2025ci il tarixli, 3-28-1/3-2-243/2025 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan Bərdə şəhəri ünvan 1də yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 14 mart 2025-ci il tarixli, 3-28-1/2-7731/2025 nömrəli məktubdan görünür ki, Bərdə şəhəri ünvan 1də yerləşən şikarkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 07xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsi tərəfindən nəzarət yoxlamasını aprılacağı barədə məlumatlandırılmışdır. İnzibati İş materiallarına əlavə edilmiş 24 dekabr 2013-cü il tarixli,İNİl-1204/2016/711 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Şəxsnə ünvan 2 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obektdə xx.xx.2025-ci il tarixdə saat 15:00-da plan üzrə növbəti yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obektdə xx.xx.2025-ci il tarixdə saat 15:00-da plan üzrə növbəti yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması müəyyən edilmiş, bununlada İXM-in 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.36-cı maddəsinə əsasən resept – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəddir. Həmin Qanunun 12-1.2-ci maddəsinə əsasən reseptin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 528 nömrəli Fərmanının 2.3-2-ci bəndinə əsasən reseptin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” təsdiq edilmişdir. Qeyd edilən Qaydalarda müəyyən edilmiş tələblər “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinin və Azərbaycan Respublikasının Prezidentinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 06 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və aptek təşkilatlarına dair tələbləri, resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 11.1-ci bəndinə əsasən resept təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, bu Qaydalara əlavə olunan 2 nömrəli əlavəyə uyğun olaraq elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəddir. Həmin Qaydaların 2 nömrəli Əlavəsində elektron reseptin forması təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC təqsirlidir və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə qəbul edir ki, resept əsasında satılan dərman vasitələrinin və ya ya onların kimyəvi göstəricilərinin siyahısı qanunvericilikdə müəyyən edilməmişdir. Lakin həm şahidin ifadəsində, həm də ( https://pharmed.az/mehsul/kavinton-forte internet səhifəsində ) “Kavinton forte” adlı dərman vasitəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və X1 tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş dərman vasitəsinin istifadəsi üzrə təlimatdan görünür ki, qeyd edilən dərman vasitəsinin aptekdən buraxılma şərti kimi resept əsasında buraxılması qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, sözügedən dərman vasitəsi resept əsasında buraxılan dərman vasitəsi olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”na uyğun şəkildə aptekdən buraxılmalı idi. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə İXM-in 452.1-ci maddəsinin sanksiyasında yüz əlli manatdan iki yüz əlli manatadək inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat məbləğində inzibаti cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-215/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-215/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver