Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-216/2025 12.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, AQTA Qarabağ RİB-nin 8 oktyabr 2024-cü il tarixli MN0005467 nömrəli qərarının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: AQTA Qarabağ RİB-nin 8 oktyabr 2024-cü il tarixli MN0005467 qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törtədiyindən, onun barəsində 5000 manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. X1 şikayət verərək, AQTA Qarabağ RİB-nin 8 oktyabr 2024-cü il tarixli MN0005467 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq, hesab edir ki, X1 tərəfindən AQTA Qarabağ RİB-nin 8 oktyabr 2024-cü il tarixli MN0005467 saylı qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, şikayətçi tərəfindən müddətin bərpası ilə əlaqədar inzibati orqana müraciət edilməmişdir. Qeyd edilən halda AQTA Qarabağ RİBnin “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 8 oktyabr 2024-cü il tarixli qərarından şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edilmədiyindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 tərəfindən AQTA Qarabağ RİB-nin 8 oktyabr 2024-cü il tarixli MN0005467 saylı qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-216/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-216/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver