Məhkəmə qərarları › İş №3(021)-219/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-219/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-219/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşmi Ağa oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2025-ci il tarixli EQ27098392 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 04 aprel 2025-ci il tarixli EQ27098392 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus 99BM 103 dövlət qeydiyyat nişanlı MAN TGX 18440 m yük avtomobili vardır. 03 aprel 2024-cü il tarixdə hərəkətdə olduğu zaman onun barəsində protokol tərtib edilərək 600 manat cərimə olunmuşdur. Həmin cərimə elektron qaydada olduğundan məlumatı olmamışdır. O, qərarı 29 aprel 2025-ci il tarixdə əldə etmişdir. Onun avtomaşını saxianmamış elektron qaydada protokol tərtib edilmişdir. Ona görə ki, qərəzli şəkildə protokol yazılmışdır. Onun barəsində tərtib edilmiş cərimə qanunauyğun deyildir. Ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını və barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2025-ci il tarixli EQ27098392 nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işə materiallarında olan BD294302 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MAN TGX 18.440 yük markalı 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5r. Nəqliyyat vasitəsinin yüksüz kütləsi 8075 kq, icazə verilmiş maksimal kütləsi 18000 kq-dır. İş materiallarında olan BB513970 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KEMPF Yarımqoşqu yük markalı 99YF103 dövlət qeydiyyat nişanlı özü boşaldan nəqliyyat vasitəsinin mülkiyyətçisi X5r. Nəqliyyat vasitəsinin yüksüz kütləsi 7360 kq, icazə verilmiş maksimal kütləsi 35000 kq-dır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin kamera görüntüsünün foto şəklindən görünür ki, xx.xx.2025-cİ il tarixdə saat 20:27-də M-1 65.1 km. Xızı rayonu Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan MAN TGX 18.440 yük markalı 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi limit 32000 kq olduğu halda 37810 kq olmuşdur. İş materiallarında olan 132019 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 22060 kq olmuşdur. İş materiallarında olan 27739 nömrəli qaimədən görünür ki, 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 20000 kq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27098392 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2025-cİ il tarixdə saat 20:27-də M- 1 65.1 km. Xızı rayonu Giləzi kəndi Bakı istiqamətində MAN TGX 18.440 yük markalı 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi tətbiq edilərək 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmamışdır, yəni inzibati xətanın törədildiyi aydın olur. Belə ki, BD294302 nömrəli və BB513970 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən müəyyən olunur ki, MAN TGX 18.440 yük markalı 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 8075 kq, icazə verilmiş maksimal kütləsi 18000 kq, KEMPF Yarımqoşqu yük markalı 99YF103 dövlət qeydiyyat nişanlı özü boşaldan nəqliyyat vasitəsinin yüksüz kütləsi 7360 kq, icazə verilmiş maksimal kütləsi 35000 kq-dır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin kamera görüntüsünün foto-şəklindən görünür ki, xx.xx.2025-cİ il tarixdə saat 20:27-də M-1 65.1 km. Xızı rayonu Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan MAN TGX 18.440 yük markalı 99BM103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinə limit 32000 kq olduğu halda faktiki çəki 37810 kq olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 əməlində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi işdə olan material ilə sübut olunur. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X3 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanuni heab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar