Məhkəmə qərarları › İş №3(021)-220/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-220/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-220/2025 20.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bərdə rayon DYP baş inspektoru, X1, X3 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi ev 11B mənzil 22-də qeydiyyatda olan X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: İş üzrə inzibati xəta törətmiş şəxs X5 məhkəməyə ərizə verərək xx.xx.2025-ci il tarixdə Dövlət Yol polisi tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati qərarına xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, o avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Belə ki, alkoqol tərkibi 0,021 olaraq müəyyən edilmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon DYP baş inspektoru X4 izahat verərək bildirdi ki, şikayət vermiş şəxs avtomobili etibarnamə olmadan idarə etmişdir. Sərxoşluq müayinəsi aparılsa da, şəxs barəsində səhvən sərxoşluq vəziyyətinə dair protokol tərtib edilmişdir. Belə ki, aşkar olunan hədd şəxsin sərxoş olmasını deməyə əsas vermir. Qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İnzibati materiallarına əlavə edilmiş TP ******* nömrəli inzibati qərardan görünür ki, X5 barəsində protokol tərtib edilərək, müəyyən edilmişdir ki, o, xx.xx.2025-ci il tarixində Bərdə şəhər DYP ərazisində Azamand minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, X5 Azərbaycan Respublikasının İXM-nin 329.3, 332.1, 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs X3 ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən 53.1.1. inzibati xəta hadisəsi olmadıqda ,53.1.2. inzibati xəta tərkibi olmadıqda ,53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda ,53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilirinzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN 27 iyun 2014-cü il tarixli QƏRARİNİN 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, X5 barəsində alkoqol həcmi 0,021 olaraq müəyyən olunmuşdur. İXM-nin məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi müəyyən olunmur və göstərilən səbəbdən inzibati xəta qərar ləğv olunaraq başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərarа аldı: Şikayət təmin edilsin. xx.xx.1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi ev 11B mənzil 22-də qeydiyyatda olan X5 barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati xəta haqqında qərar İXM 53.1.2-ci maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsinə münasibətdə ləğv edilsin və başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə rаyоn məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar