Məhkəmə qərarları › İş №3(021)-224/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-224/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-224/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işinin materiallarını araşdırıb, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə informasiya sistemində” axtarışdan müəyyən olunur ki, Şəxs vergi orqanlarında qeydiyyata alınmaqla, aktiv vergi ödəyicisidir, AFB BANK ASC-nin Gəncə Filialında cari hesabı movcuddur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında materialla bank hesablarına inkasso sərəncamlarının qoyulub-qoyulmadığı müəyyən edilmir. Həmin məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. İş materiallarında ziddiyyət olduğundan məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokola əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXMnin 529.1-ci maddəsi ilə tərtib olunmuş 6 may 2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 6 may 2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar