Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-225/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X8 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarının ləğv edilməsinə haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 21 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar tərtib olunmuşdur. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, 21 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, ailə üzvlərilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. X16 2010-cu ildə vəfat etmiş, Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Atasınının qəbirüstü abidəsinə bitişik şəkildə "Şam" ağacı əkmişdirlər. Həmin ağac mərmər daşdan ibarət qəbirüstü abidəyə dəflərlə zərər vurmaqla ona maddi ziyan vurmuşdur. Həmin şam ağacı mart ayının ortalarında güclü küləyin təsirindən aşaraq qırılmış, nəticədə mərhum atasının qəbirüstü abidəsi yararsız vəziyyətə düşmüşdür. Şam ağacı yararsız vəziyyətə düşdüyündən ağac tərəfindən kəsilməklə həmin ərazidən kənarlaşdırılmışdır. Həmin şam ağacının külək təsiri nəticəsində yararsız vəziyətə düşməsi (qırılması) iş materialına əlavə edilmiş fotoşəkillərdə də öz təsdiqin tapmışdır. Məhkəmə iclasında şikayətçi X8 şikayətində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarının surətini 02 may 2025-ci il tarixdə almışdır. Təxminən mart ayının ortaları Kətəlparaq kənd qəbristanlığında küləyin təsirindən şam ağacı qırılıb atasının qəbrinin üzərinə düşmüş və baş daşını sındırmışdır. Buna qarabayram vaxtı qəbristanlığa gedəndə şahid olmuşdur. Ağac təxminən yerdən 60 sm yuxarıdan sınmışdır. O, ağaca dəyməmişdir. Bu barədə Kətəlparaq icra nümayəndəliyinə xəbər vermişdir. Ağacın diametri 16 sm -dir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, 05 mart 2025ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində kənd qəbirstanlığında ağac kəsilməsi barədə onlara məlumat verilmişdir. Bununla bağlı tərəflərindən X5 izahatı alınmışdır. Kəsilən həmin ağacın diametri 18 sm olub. Təbiətə 120 manat ziyan dəyib. Həmçinin qeyd etdi ki, ağac küləyin təsirindən qırılmış olsa belə şikayətçinin onu kəsməyə ixtiyarı yoxdur. Bununla bağlı Nazirlət Kabinetinin qərarı var. Şikayətçi özü də izahatında verib ki, ağacı kəsdiyini qeyd etmişdir. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçimüfəttişi Şahid bildirdi ki, Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən ağacın götürülməsi üçün müdriyyət ekspertiza agentliyinə müraciət etməlidir. Əgər icazə verilərsə bundan sonra ağac kəsilə bilər. Kəsilən ağac aşan ağaca oxşamır. Ağac məzardan 50 metr məsafədə aşkar etmişdirlər. Ağacın kəsilən hissəsi vahid olmuşdur. Həmçinin bildirdi ki, qəbir daşının şəkillərini çəkmişdir, qəbir daşı salamat olmuşdur, heç bir ziyan dəyməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan görünür ki, Bərdə rayon İcra hakimiyyətinin Kətǝlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 214 nömrəli xx.xx.2025-ci il tarixlu Arayışdan görünür ki, Bərdə rayonu Kətəlparaq kənd qəbiristanlığında X13 oğlunun atası mərhum X12 dəfn olunub. Mərhumun məzarına X9 ailə üzvləri tərəfindən qara mərmərdən baş daşı qoyulmuşdur. Diametri 13 sm olan şam ağacı qırılaraq mərhum X9 aid baş daşını sındırmışdır. Baxış keçirilib,övladı X8 tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi Şahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanladığı Xidməti Məruzədən görünür ki, Tərtər rayon Poladlı kənd sakini X3 "Bərdə rayon Kətǝlparaq kənd qəbirsanlığında ağac kəsilməsi" barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətt xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli, İD:28368 nömrəli müraciəti şikayətçi X6 və şikayət olunan Bərdə rayon Kətəlparaq kənd sakini X5 iştirakı ilə tərəflərindən araşdırılmışdır. Əraziyə baxış keçirilərək müəyyənləşdirilmişdir ki, həmin ərazi Bərdə rayon Kətǝlparaq kənd qəbirsanlığıdır və orada şikayət olunan X5 atası X7 məzarının yanında şam cinsli diametri 16 sm olan 1 edod bioloji inkişafda olan ağac yaş kök üstə kəsilmişdir. X4 ağacın kəsilməsinə dair müvafiq icazə sənədi istədikdə, o hər hansı bir sənəd təqdim etmədi və yazılı izahatında bildirmişdir ki, kəsilən ağac onun atasının qəbri yaxılığında olmuş və qəbir daşına təhlükə törətdiyi üçün kəsmişdir. Bununla da X8 hec bir icazə sənədi olmadan 1 ədəd şam cinsli ağacın kəsilməsinə görə Azərbaycan Respublikasının Ətraf Mühafizəsi haqqında qanununun, Yaşıllıqların Mühafizəsi haqında qanununun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini pozmuşdur və Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təstiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 421 saylı 27 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilən normativlərə əsasən təbiətə 150 manat ziyan dəymişdir. X2 barəsində 89282 nömrəli akt əsasında MN ******* nömrəli protokol tərtib olunmuşdur. X5 izahatında görünür ki, kəsilən ağac onun atasının qəbri yaxılığında olmuş və qəbir daşına təhlükə törətdiyi üçün kəsmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 mart 2025-ci il tarixli, MN №2113147 nğmrəli Protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində kənd qəbirstanlığında X8 tərəfindən 1 ədəd şam cinsiznə məxsus yaş ağacın kəsilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 nömrəli qərarından görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində kənd qəbirstanlığında meşə fonduna daxil olmayan bioloji inkişafda olan 1 ədəd şam ağacını qanunsuz kəsərək məhv etmişdir və bu səbəbdən də o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2.000 (iki min) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kəsilən ağacın pöhrələnmə qabiliyyətinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmadan qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən bu hal, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X5 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X5 İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Odur ki, məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2025-ci il tarixli, MN №1786508 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-225/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-225/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver