Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-23/2022 07.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 oğlunun iclas katibliyi, Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəx X6 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Laçın rayonu Şamkənd kəndində anadan olmuş, Laçın rayonu Şamkənd kəndində qeydiyyatda olub, Bərdə rayon Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayonu Yol Patrul Xidməti tərəfindən 07 yanvar 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X5 bildirdi ki, Şəxs oğlu 30.09.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz C200” markalı 99CO356 dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri H.Əliyev prospekti ilə Yevlax rayonu istiqamətinə 40-50 km/saat sürətlə hərəkət edərkən, avtomobili qəflətən sağa doğru hərəkət etdirmiş və onun sağ tərəfi ilə hərəkət edən X6 idarə etdiyi “Mercedes Benz C230” markalı 10KY519 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Buna görə də barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 ərizə təqdim edərək bildirdi ki, avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir, Şəxs şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X5 tərəfindən tərtib edilmiş 07.01.2022-cci il tarixli İXP4390981 nömrəli protokoldan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, hadisə baş verən vaxt sürücülər Şəxs və X8 ayıq olmuşdur. İkin qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C230” markalı 10KY519 qeydiyyat nişanlı minik avtomobilinin əzilməsi nəticəsində X7 ümumilikdə 7195 manat maddi ziyan dəymişdir. Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqında 23.12.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublkası CMnin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd olunması, material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati icraatın başlanması üçün qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan müəyyən olunur ki; - Azərbayan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin Bərdə rayonlar arası zona mərəkəzinin 06.10.2021-ci il tarixli 867 nömrəli ekspert rəyindən görünür ki, X3 xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - X1 nəqliyyat vasitələrini idarə etməyə hüququ vardır. Həmçinin, müvafiq sənədlərdən görünür ki, Namiq Əvəzovun “Mercedes Benz C230” markalı 10KY519 qeydiyyat nişanlı minik avtomobili idarə etmək hüququ vardır. - Sürücü Şəxs nəqliyyat vasitələrini idarə etməyə hüququ yoxdur. Həmçinin, müvafiq sənədlərdən görünür ki, Şəxs “Mercedes Benz C200” markalı 99CO356 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 30.09.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz C200” markalı 99CO356 dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri H.Əliyev prospekti ilə Yevlax rayonu istiqamətinə 40-50 km/saat sürətlə hərəkət edərkən, avtomobili qəflətən sağa doğru hərəkət etdirmiş və onun sağ tərəfi ilə hərəkət edən X6 idarə etdiyi “Mercedes Benz C230” markalı 10KY519 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan sonra onun barəsində İXM-in 332.4-cü maddəsi ilə 07.01.2022-cci il tarixli İXP4390981 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun həmin maddə ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-23/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-23/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver