Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-230/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1119/2022 saylı 03 mart 2022-ci il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 1838 manat borcu yaranmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X6 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1119/2022 saylı 03 mart 2022-ci il tarixli icra sənədi üzrə tələbkar X5 1838 manat borcu yaranımışdır. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin aliment borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 bildirdi ki, Şəxs məhkəməyə ərizə təqdim edərək məhkəmə prosesi gedişində 300 manat onun xeyrinə pul ödədi. Qalan borcun ödənilməsi barədə razılığa gəliblər. Odur ki, borclu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icratta xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, icra sənədi üzrə tələbkar X5 məhkəmə iclas zalında 300 manat ödəyib və aktlaşdırılıb, mütəmadi olaraq hər ay borcu ödəməyə söz verir. Yenicə işə düzəlmişdir. Qalan borcun ödənilməsi barədə razılığa gəliblər. Barəsində aparılan icraat haqqında xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan üç yüz manat məhkəmə iclasında ödəmiş, qalan borcun ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında, tərəflər arasında tərtib olunmuş aktnan məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-230/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-230/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver