Məhkəmə qərarları › İş №3(021)-231/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-231/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-231/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyən, Bərdə şəhəri, H.Aslanov küçəsi 99/A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon prokurorluğun daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən rayon prokurorluğuna daxil olmuş “X13” MMC-nin Bərdə Kommunal Müəssisələri Kombinatına təhkim edilmiş sosial işçisi X3 03 may 2022-ci il tarixdə xəsarət alması məlumat əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məhkəmətibbi, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, izahatlar alınmış və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə Bərdə Kommunal Müəssisələri Kombinatı tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində “X13” MMC-də sosial işçi, ictimai işlər, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyən, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olan, hazırda Bərdə şəhəri, C. Cabbarlı küçəsi ev 19-da yaşayan X1 zərər vurulmuşdur. Araşdırma materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2022-ci il tarixli, 749 nörməli rəyində qeyd edilmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol ayağın İ-İİ barmağının travmatik amputasiyası, İİİ barmağın kəsilmiş yarası kəsici xassəyə malik alət (alətlərin) ot biçən aparatının bıçağının təsirindən törənmişdir, müddəti qərarda göstərilən 03 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 3/1-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa yaranır. X9 az ağır xəsarət almışdır. Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyən xx xxxx 1963-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs “X13” MMC ilə Bərdə Kommunal Müəssisləri Kombinatı olaraq aralarında bağlanmış sazişə uyğun olaraq, işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə nəzarət üzrə cavabdeh şəxs olaraq, elektrik əl maşınlarında işlənməsinə dair istehsalat təlimi keçməyən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan X6 elektrik əl maşınından istifadə etməklə biçim işlərinə cəlb edilməsi barədə göstəriş verməsi nəticəsində sonuncu ümumi əmək qabiliyyətinin 3/1-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Bununla da, O Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X4 izahatında göstərdi ki, Şəxs “X13” MMC ilə Bərdə Kommunal Müəssisləri Kombinatı olaraq aralarında bağlanmış sazişə uyğun olaraq, işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə nəzarət üzrə cavabdeh şəxs olaraq, elektrik əl maşınlarında işlənməsinə dair istehsalat təlimi keçməyən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan X6 elektrik əl maşınından istifadə etməklə bicim işlərinə cəlb edilməsi barədə göstəriş verməsi nəticəsində sonuncu ümumi əmək qabiliyyətinin 3/1-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 verdiyi izahatında göstərdi ki, 09 fevral 2022-ci il tarixdə “X13” MMC-də sosial işçi, ictimai işlər, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Əmək funsiyası Heydər Əliyev adına şəhər parkının təmizlik və sair işlərini həyata keçirməkdir. 03 may 2022-ci il tarixdə qeyri rəsmi rəhbər olan Şamil Behbudov şifahi şəkildə parkda çoxalan otları biçmək lazım olduğunu bildirmişdir. O isə şifahi tapşırıq əsasında otları biçərkən axşam saat təxminən 17:00 radələrində səkinin qırağında olan otları biçmək üçün aparatı qaldırarkən baş barmağını və ikinci barmağını kəsmişdir. İş yoldaşlarının köməkliyi ilə Şamil Behbudov öz maşınına əyləşdirmiş və diaqnostika xəstəxanasına gətirilmişdir. Orada sağ ayağının baş barmağı amputasiya edilmişdir. Bir gün müalicə aldıqdan sonra isə evə buraxılmışdır. Hazırda axşamlar ayağında ağrılar olur. Heç kimdən hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, X3 onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. X9 “X13” MMC tərəfindən sosial işçi, ictimai işlər, təmizlik içkiləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Heydər Əliyev parkında təmizlik işlərini həyata keçirir. Bərdə Kommunal Muəssisələri Kombinatının rəisi olaraq əmr vermişdir ki, Heydər Əliyev adına rayonun Park-Bulvar İdarəsində həmin işlərin icrası yəni, işlərin təhlükəsiz aparılması və texniki təhlükəsizlik üzrə məsul şəxsi olaraq X5 tapşırmışdır və bununla bağlı müvafiq əmr imzalamışdır. Bundan başqa “X13” MMC ilə Bərdə Kommunal Müəssisləri Kombinatı olaraq aralarında bağlanmış sazişə uyğun olaraq işçilərin işə götürülməsi “X13” tərəfindən olsa da bağlanmış sazişə uyğun olaraq, işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavsitə nəzarət üzrə cavabdeh şəxs icraçı olaraq Bərdə Kommunal Müəssisələri Kombinatıdır. Təxminən 2022-ci ilin may ayının əvvələrində Şamil Behbudova tapşırıq vermişdir ki, növbəti günlərdə parkda tədbir keçirilməsi əlaqədar olaraq parkda təmizlik işləri görülməli, otların biçilməsi işləri həyata keçirilməlidir. Tapşırığa uyğun olaraq 03 may 2022-ci il tarixdə Şamil Behbudov öz işçilərinə o cümlədən X7 otların biçilməsi işləri tapşırmışdır. Orxan Əliliyə və eləcə də orada işləyən digər işçilərin heç biri otların biçilməsi ilə bağlı elektrik əl maşınlarının istifadəsi ilə bağlı hər hansı bir təlim keçirilməmişdir. Orxan həmin ot biçən maşından istifadə edərkən ehtiyatsızlıq nəticəsində xəsarət aldıqdan sonra onu Şamil Behbudov maşınına əyləşdirərək xəstəxanaya aparmışdır. Orada Orxana ilkin tibbi yardım göstərilmiş və onun ayağının barmağı amputasiya edilmişdir. Orxan təxminən 02 (iki) ay işə çıxmamışdır. Hazırda o əmək fəaliyyətini davam etdirir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, Bərdə rayon prokurorluğun daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs “X13” MMC ilə Bərdə Kommunal Müəssisləri Kombinatı olaraq aralarında bağlanmış sazişə uyğun olaraq, işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə nəzarət üzrə cavabdeh şəxs olaraq, elektrik əl maşınlarında işlənməsinə dair istehsalat təlimi keçməyən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan X6 elektrik əl maşınından istifadə etməklə bicim işlərinə cəlb edilməsi barədə göstəriş verməsi nəticəsində sonuncu ümumi əmək qabiliyyətinin 3/1-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Odur ki, X3 xəsarət alması hadisəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tərkib əlamətləri olmadığından rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Sərxan İbrahimov tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı “Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olduğu müəyyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs “X13” MMC ilə Bərdə Kommunal Müəssisləri Kombinatı olaraq aralarında bağlanmış sazişə uyğun olaraq, işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə nəzarət üzrə cavabdeh şəxs olaraq, elektrik əl maşınlarında işlənməsinə dair istehsalat təlimi keçməyən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan X6 elektrik əl maşınından istifadə etməklə bicim işlərinə cəlb edilməsi barədə göstəriş verməsi nəticəsində sonuncu ümumi əmək qabiliyyətinin 3/1-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Bununla da, O Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində 31 yanvar 2023-cü il tarixə Bərdə rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azırbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü mаddəsi ilə təqsirli bilinərək bаrəsində cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü mаddəsi ilə təqsirli bilinərək bаrəsində 1500 (min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar