Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-232/2024 28.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10 iclas katibliyi, protokol tərtib etmiş şəxs X16, icra işi üzrə tələbkarın nümayəndəsi X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1ində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədi üzrə 3719 manat pulu "xxxx" ASC-yə, 640 manat pulu isə "xxxx" MMC-nin xeyrinə ödəməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 izahatında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 426/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli "Yelo Bank” ASC ilə cavabdeh X9 arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə ləğv edilməli, cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada 12993,06(on iki min doqquz yüz doxsan üç manat altı qəpik) manat əsas borc, 1379,30 (bir min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu, 14,61(on dörd manat altmış bir qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 14.386,97 (on dörd min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada 133,16 (bir yüz otuz üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi", X8, büdcə təsnifatı kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWÍFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE**********0002088501 saylı hesaba ödənilməlidir. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcunu ödəməmişdr. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında imkanının olmadığını, buna görə də borcunu ödəyə bilmədiyini, hissə-hissə ödəməyə gücünün çatdığını bildirdi. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X11 izahatında borclunun borcunu ödəmədiyini bildirmiş borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 17594513 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. AA ******* seriya nömmrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1998-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. ünvan 1ində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 426/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələblərini yerinə yetirməmiş, cəmi 18.745 manat məbləğində pulu ödəməmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-426/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli "Yelo Bank” ASC ilə cavabdeh X9 arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə ləğv edilməli, cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada 12993,06(on iki min doqquz yüz doxsan üç manat altı qəpik) manat əsas borc, 1379,30 (bir min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu, 14,61(on dörd manat altmış bir qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 14.386,97 (on dörd min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada 133,16 (bir yüz otuz üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər X2, Şəxs, X1 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi", X8, büdcə təsnifatı kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWÍFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE**********0002088501 saylı hesaba ödənilməlidir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, iş üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi borcludan tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən qəbul edilmiş “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərardan görünür ki, Bərdə rayonu, Nifçi kəndində yaşayan X3 mülkiyyətində “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Bərdə Rayon Məhkəməsinə təqdimatından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(115)-426/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində borclu X4 məxsus olan “VAZ 21074” minik markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8(021)-23/2024 nömrəli qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-426/2023 nömrəli icra sənədi borc məbləği həddində borclu X3 adına qeydə alınmış “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin üzərinə həbs qoyulmuş və götürülərək cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən qəbul edilmiş “borclunun əmlakın axtarılmasl haqqında” qərarın surətindən görünür ki, Bərdə rayon Nifçi kəndində yaşayan X3 adına “VAZ 21074” minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində axtarış elan edilməklə saxlanılmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(021)-593/2023 nömrəli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilməli, cavabdehlər Şəxs və X5 müştərək qaydada əsas borc üzrə 3362,30 manat, 346,97 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 3719,27 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 58,49 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixlıi, e-2(021)-2629/2023 nömrəli icra sənədinə əsasən iddia tələbi təmin edilməli, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 637 manat əsas borc, 3 manat cərimə borcu olmaqla, cəmi 640 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü mil tarixli, e-2(021)-1232/2023 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilməli, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 949,4 manat əsas borc, 3,6 manat cərimə olmaqla, cəmi 953 manat borc və 30,92 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı” haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1998-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək Bərdə rayon Məhkəməsinin qərarına əsasən 983 manat pulu "xxxx" MMC-nin hesabına 670 manat pulu "xxxx" MMC-nin hesabına 3818 manat pulu isə "xxxx"nın hesabına ödənilməlidir. Bildirir ki, 80 manat veteran pulu alır. Başqa qazanc gəliri yoxdur. Veteran pulunun 50%-ni "xxxx" MMC-nin, 50%-ni isə "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, icra işi üzrə borclu olan, hazırki iş üzrə inzibati xəta törədən Şəxs, icra sənədləri üzrə 3719 manat pulu "xxxx" ASC-yə, 640 manat pulu isə "xxxx" MMC-nin xeyrinə ödəməməsi ilə bağlı heç bir üzrlü səbəb göstərməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarından görünür ki, Şəxs məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qаnunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, inzibati xəta törədən Şəxs uzun müddət keçməsinə baxmayaraq icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi yolu ilə оnun qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında inzibati həbsə alınsın. Həbs etmənin əvvəli 28 fevral 2024-cü il tаrixdən sааt 18:30-dan hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və icra işi üzrə tələbkara göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-232/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-232/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver