Məhkəmə qərarları › İş №3(021)-235/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-235/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-235/2022 26.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə 13 avqust 1971-ci ildə Tərtər rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, evli, Tərtər şəhəri, T.Rəhimov küçəsi ev 28-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 07 yanvar 2022-ci il tarixdə saat 1945 radələrində Bərdə rayon Avtovağzalında Şəxs üzərindən çəkisi şəxsi istehlak miqdarından çox olmayan, xalis çəkisi 2,53 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, təxminən 2 ildir narkotik maddə olan marixuanadan istifadə edir. 07.01.2022-ci il tarixdə Bərdə rayon avtovağzalına Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün getmişdir. Tərtər rayon ərazisində yolla gedərkən Tərtər rayon ərazisində yol kənarında salafan bükümü görmüş və götürmüşdür. Baxanda bir ədəd kibrit qutusu içərisində də marixuana olduğunu görmüşdür. Bükümü bağlayıb cibinə qoyub saxlamışdır ki, özü istifadə etsin. Bərdə rayonuna, avtovağzala etmiş həmin günü saat təxminən 19 radəlirində polis əməkdaşları ona yaxınlaşanda cibində saxladığı marixunaya görə qorxub özünü şübhəli aparmış, polislər onu saxlayıb polis şöbəsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə üzərinə axtarış keçirmək istədikdə özü könüllü olaraq əynində olan qara rəngli dəri gödəkçənin sol iş cibində saxladığı salafan bükümdə, bir ədəd kibrit qutusunda olan marixuananı təqdim etmişdir. Marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilmiş 17,13 qram olmuş və zərfə qoyulub qablaşdırılmışdır. Tutduğu əməldən peşiman olmasını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1-86 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2022-ci il tarixli 16/28 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş bitki mənşəli kütlənin təbiətini və tərkibində çətənə (kannabis) bitkisinə məxsus narkotik təsirə malik komponentlərin-kannabinoidlərin olubolmadığını müəyyən etmək üçün botaniki (“ZEİSS” firmasının “Primo Star” markalı mikroskopu vasitəsilə) və xromatoqrafik (NTX) tədiqatlar aparılmışdır. Aparılmış bütün tədqiqatlardan alınmış məlumat belə nəticəyə gəlməyə əsas verir ki, tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 2,53 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 2,51 qram. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 26 yanvar 2022-cu il tarixli MN ******* nömrəli protokolla və iş materiallarında olan sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 2,51 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 206, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 300(üç yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 2,51 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar