Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-235/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Aödam rayonu, Ətyeməzlik kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X7 izahatında göstərdi ki, Şəxs 18 dekabr 2022-ci tarixdə X5 işlədiyi "xxxx" ASC-də olan zaman iş yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, həmin vaxt Səbinə Hüseynova əri Şəxsla bağlı olan problümi aydınlaşdırmaq üçün Şəxs oraya çağırmış, Şəxs oraya getmiş və Zərərçəkmiş şəxs ilə mübahisə zamanı əli ilə onu itələmiş və Zərərçəkmiş şəxs yerə yıxılaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarət almışdır. Məhkəmədən X6 qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, o Bərdə şəhərində yerləşən çörək zavodunda təhnəçi işləyir. 16 dekabr 2022-ci il tarixdə Səbinə adlı iş yoldaşının nömrəsindən ona vatsapda mesaj gəlmişdir. O, da Səbinədən həmin mesajın onun yazıb yazmadığını soruşmuşdur. Səbinə həmin mesajı onun yazdığını demişdir. 18 dekabr 2022-ci il tarixdə o, işdə olan zaman Səbinəyə ərinin ona mesaj yazdığını, ona özünü yığışdırmasını demişdir.Səbinə ona mesajı özünün yazdığını demişdir. O, da ona gələn səsin kişi sesi olduğunu demişdir. Həmin vaxt Səbinə əri Səxavətə zəng etmiş, bir qədər sonra o, işdə olarkən Səxavət oraya gəlmiş, ondan heçnə soruşmamış əli ilə onun boğazından tutaraq onu boğmuşdur. Sonra əli ilə onun ağzından şillə ilə vurmuş və onu itələmişdir. O, geriyə getmiş və yıxılmışdır. Səxavət onu nalayiq sözlərlə söyüb təhqir etmiş və onu öldürməklə hədələmişdir. Daha sonra onun huşu getmiş və o, xəstəxanada özünə gəlmişdir. Lakin hazırda barəsində inzibati icraat aparılan Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o, 18 dekabr 2022-ci il tarixdə saat 10 radələrində evdən çıxıb işə getmişdir. O, işə çatana yaxın arvadı X5 ona zəng edib iş yoldaşı Türkan adlı şəxs guya onun Türkanı narahat etdiyini, ona mesaj yazdığını və səs atdığını demişdir. O, həmin vaxt Səbinədən nə olduğunu soruşmuş, Səbinə əsəbindən ona təhqir edici sözlər demişdir. O da yenidən Səbinənin iş yerinə getmiş, onlara yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Həmin vaxt Türkan onun üzərinə gəlmiş və onu nalayiq sözlərlə təhqir etmiş və onu hədələmişdir. O, heçnə başa düşmədiyini demişdir. Həmin vaxt Türkan ona demişdir ki, Səxavət ona imkan vermir, onu narahat edir, gecələr ona mesaj yazır. O da ona nə mesaj yazdığını, nə də zəng etdiyini demimşdir. O, əli ilə Türkanın boğaz nahiyəsindən itələmiş, həmin vaxt Türkan arxaya getmiş və yerə yıxılmışdır. Türkan yerə yıxılan zaman onun saçı orada olan kağız kartona dəymişdir. Sonra guya Türkanın huşu getmiş, orada olanlar ona müdaxilə etmişdirlər. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığından və onun barəsində şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X7 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs onun əridir, Türkan isə iş yoldaşıdır. 18 dekabr 2022-ci il tarixdə işdə olan zaman Türkan ona Səxavətin ona mesaj yazdığını və səs atdığını demişdir. O, Türkana gələn səsin öz səsi olduğunu, telefonda problem olduğu üçün səsinin kişi səsinə oxşadığını, mesajı isə uşağının yazdığını, Səxavətin onu narahat etmədiyini demişdir. Həmin vaxt Türkan ona inanmamış və israrla Səxavətin onu narahat etməsini demişdir. Həmin vaxt o, Səxavətə zəng etmiş və iş yerinə çağırmışdır. Bir qədər sonra Səxavət onların iş yerinə gəlmiş və mübahisə zamanı Səxavət əli ilə Türkanın boğazından itələmiş, Türkan həmin vaxt yıxılmış və başı çörək yığılan taxtaya dəymişdir. Sonra Türkan həkimə aparılmış, Səxavət isə oradan getmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, X5 və Zərərçəkmiş şəxs onun iş yoldaşıdır.18 dekabr 2022-ci il tarixdə iş yoldaşları Türkan ilə Səbinə arasında mübahisə olmuş, Səbinə əri Səxavəti oraya çağırmış, bir qədər sonra Səxavət oraya gəlmiş və mübahisə zamanı Səxavət Türkanı əli ilə bir dəfə boğazından itələmişdir. Həmin vaxt Türkan yerə yıxılmış və başı çörək yığılan taxtaya dəymişdir. Sonra Türkan həkimə aparılmış, Səxavət isə oradan getmişdir. Məhkəmə iclasında şahidlər X8 və X1, X4 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsindən verilmiş 21 dekabr 2022-ci il tarixli, 1019 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində məyyən edilmiş xəsarət- sol ağız bucağı nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 18 dekabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş 31 dekabr 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə üzrə cinayət işi başlanılması rədd edilmişdir. Yuxarıda qeyd edilən qərarla Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayoin X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, Şəxs barəsində 04 fevral 2023-cü il tarixə Bərdə rayon X9 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizələrdən görünür ki, o, Şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta törətmiş Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Barəsində inzibati xəta hqqında iş üzrə icraat aparıla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-235/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-235/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver