Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-235/2024 01.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X6, inzibati xəta törətmiş şəxs Şəxs, vəkili X3, iştirakı ilə, xx xxxxx 1985-ci ildə Bərdə rayonu Çələbilər kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Çələbilər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021ci il tarixli, 2(021)-435/2021 saylı icra sənədi üzrə 12414 manat borcu yaranmışdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra məmurunun tələbini təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən X7 15364 manat məbləğində pul ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq bocrunu ödəyə bilməmişdir. Heç bir yerdə işləmir, əlavə gəliri yoxdur. Gələn aydan hər ay 300 manat ödəməyə gücü çatır. Qətnamənin icrasını təmin etmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 01 mart 2024-cü il tarixdə saat 1130 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 15364 manat məbləğində pul alınaraq ona verilməlidir. Şəxs hazırda 12500 manat məbləğində borcu var. Borclu əvvəllər borcunu hissə-hissə ödəməsi ilə bağlı ərizə vermiş, borclu ilə razılaşmışdır ki, hər ay 500 manat ödəsin. Hər ay 617 manat kredit ödəyir. Borcluya təklif etmişdir ki, hər ay kredit borcunun 500 manatını versin, özü də üzərinə 117 manat qoyaraq kreditini ödəsin. Lakin borclu heç bir ödəniş etməmişdir. Borclu ona söz vermişdir ki, yayda qarğıdalı satıb pulunu ödəyəcək, lakin vədinə əməl etməyərək ödəniş etməmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 15364 manat məbləğində pul alınaraq X7 verilməlidir. Şəxs Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 08 gün müddətə inzibati qaydada həbs edilməsinə baxmayaraq yenə də qətnamənin icrasını təmin etməmişdir. Şəxs qətnamənin icrasından boyun qaçırdığəna görə 01 mart 2024-cü il tarixdə saat 1130 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(021)-435/2021 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X6 cavabdehlər Şəxs və X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 15364 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(021)-435/2021 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 3(021)-1262/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 8(021)-13/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, xx xxxxx 1985-ci il təvəllüdlü, Bərdə rayonu Çələbilər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti olarq məhdudlaşdırılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 3(021)-446/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 3(021)-659/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 01 mart 2024cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 15364 manat pul alınaraq X7 ödənilməli olduğu halda, borclu borcunu tam ödəməmiş, 12414 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 01 mart 2024-cü ildə saat 1130-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 01 mart 2024-cü il tarixdən saat 1130-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 01 mart 2024-cü il tarixdən saat 1130-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-235/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-235/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver