Məhkəmə qərarları › İş №3(021)-236/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-236/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-236/2023 07.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi İdarəsi Baş Gömrük İdarəsinin 20 oktyabr 2022-ci il tarixli, 11000/3726 saylı qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi İdarəsi Baş Gömrük İdarəsinin rəisi müavini, gömrük xidməti polkovniki X2 tərəfindən inzibati xəta törətməyə dair 20 oktyabr 2022-ci il tarixli, 11000/3726 saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə X4 barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X1 rayonu Dəmirli kəndində qeydiyyatdadır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Məhkəmə hesab edir ki, X3 barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli, 11000/3726 saylı qərarın ləğv edilməsinə dair müraciəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün onun qeydiyyatda olduğu yaşayış yeri üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi İdarəsi Baş Gömrük İdarəsinin 20 oktyabr 2022-ci il tarixli, 11000/3726 saylı qərarından verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar