Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-236/2025 10.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2004-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 35-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:50 radələrində Bərdə şəhəri, Yusif Nağıyev küçəsində Shevrolet Malibu markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən manevr qaydalarını pozduğuna görə Bərdə rayon X10 Patrul Xidməti Bölüyünün inspektoru, polis baş serjantı X3 tərəfindən saxlanılmış və avtonəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin təmin edilməsi tələb edilmiş, avtonəqliyyat vasitəsinin sürücüsü Şəxs avtonəqliyyat vasitəsini duracağa apararkən polislərin qanuni tələbinə tabe olmamış və avtonəqliyyat vasitəsini qaçırmağa çalışmışdır. Sürücü Şəxs onu polisin qanuni tələbinə tabe olmadığı üçün polis şöbəsinə aparılmış və Bərdə rayon Polis şöbəsində xx.xx.2025-ci il tarixdə İXM-in 535.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN №2083690 nömrəli prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 protokolu müdafiə edirək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bərdə rayon X10 Patrul Xidməti Bölüyünün inspektoru, polis baş serjantı X1 şəhəri, Yusif Nağıyev küçəsində xidmətdə olarkən Şəxs Shevrolet Malibu markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən manevr qaydalarını pozduğuna görə saxlanılmış və avtonəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin təmin edilməsi tələb edilmişdir. Sürücü Şəxs avtonəqliyyat vasitəsini duracağa apararkən polislərin qanuni tələbinə tabe olmamış və avtonəqliyyat vasitəsini qaçırmağa çalışmışdır. Şəxs polisin qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri, Yusif Nağıyev küçəsində Shevrolet Malibu markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən avtonəqliyyatın əyləc sistemində nasazlıq yaranmış və yerində əyləc sistemi kilidləşmişdir. Həmin vaxt küçədə olan Bərdə rayon X10 Patrul Xidməti Bölüyünün inspektoru X3 onu saxlamış və ona yaxınlaşaraq manevr qaydalarını pozduğunu bildirmişdir. Yol patrul xidməti əməkdaşına avtomobilin əyləcində nasazlıq olduğundan yerində kilidləşdiyini bildirmiş, lakin polis onun sözlərinə əhəmiyyət verməmiş və avtomobili duracağa yerləşdilməsinə göstəriş vermişdir. Yol patrul xidməti əməkdaşı onun avtomobilinə əyləşmiş, avtonəqliyyat vasitəsini cərimə meydançasına sürməsini bildirmişdir. O, əvvəl cərimə meydançasına deyil, dayısının olduğu əraziyə avtomobili sürmək istəmiş, sonra yol patrul xidməti əməkdaşı avtonəqliyyat vasitəsini saxlamasını bildirmiş və qanuni tələbinə tabe olmadığına görə onu polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşına etiraz etməmiş və onunla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasına sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, avtomobilinin işıq cihazlarında nasazlıq olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X3 dindirilərkən ifadəsində göstərdi ki, Bərdə rayon X10 Patrul Xidməti Bölüyünün inspektoru, polis baş serjantıdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri, Yusif Nağıyev küçəsində xidmətdə olarkən Şəxs Shevrolet Malibu markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən manevr qaydalarını pozduğuna görə saxlamış və avtonəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin təmin edilməsini ondan tələb etmişdir. Sürücü Şəxs avtonəqliyyat vasitəsini duracağa apararkən yolda avtonəqliyyat vasitəsini qaçırmağa çalışmışdır. Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə görə polis şöbsinə dəvət etmiş, Şəxs onunla birlikdə polis şöbəsinə getmişdir. Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində tərtib edilmiş protokol üzrə qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasına sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, avtomobilinin işıq cihazlarında led faralardan istifadə edilmiş, lakin həmin vaxt bu faktın təsdiq edilməsi üçün mütəxəssis dəvət edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs əməlində İXMin 535.1-ci mаddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2083690 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Bərdə şəhərində idarə etdiyi avtonəqliyyat vasitəsini duracağa yerləşdirilməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 09.05 2025-ci il tarixli inzibati qaydada tutma haqqındqa protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs əməlində polisin qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı inzibati xətanın tərkibi yoxdur. Belə ki, yol patrul xidməti əməkdaşının fiziki şəxs barəsində olan tələbi qanuni olmamışdır. İXM-nin 96-cı maddəsində göstərilmişdir ki, fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol patrul xidməti əmədaşı tərəfindən saxlanılmasına səbəb manevr qaydalarının pozulması və işıq cihazlarında led faralarından istifadə edilməsi olmuşdur. Göstərilən pozuntular avtomobil sürücüsünün nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılması üçün əsas deyildir. İXM-nin 535.1-ci maddəsində göstərilmişdir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyətə səbəb olunur. Ona görə də yol patrul xidməti əməkdaşının yuxarıda göstərilənlərlə bağlı tələbləri qanuni sayıla bilməz. Belə olan halda Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin əməlin inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs barəsində inzibati material üzrə icraata xitam verildiyindən və o, xx.xx.2025-ci il tarixdə saat 14:50-də inzibati qaydada tutulduğundan dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-236/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-236/2025
10.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver