Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-238/2025 10.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14, zərərçəkmiş şəxslər X4, X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1972-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Təbriz küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının qapı postuna yaxınlaşaraq, bacısı oğlunun yol patrul xidməti əməkdaşı tərəfindən polis şöbəsinə gətirildiyini bildirmiş, xidmətdə olan polis əməkdaşları X4 və X7 ona Bərdə rayon X20 Patrul Xidməti Bölüyünə yaxınlaşmalı olmasını bildirdikdə Şəxs polis əməkdaşları ilə mübahisə etmişdir. Buna görə də polis əməkdaşları X4 və X7 tərəfindən polis şöbəsinə aparılmış, şöbədə inzibati qaydada tutulmuşdur. Bərdə rayon polis şöbəsində xx.xx.2025ci il tarixdə İXM-in 510-cu mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN2083691 saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14 protokolu müdafiə edərək ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının qapı postuna gəlmiş, bacısıoğlu Əlzamin Məhişlinin yol patrul xidməti əməkdaşı tərəfindən polis şöbəsinə gətirildiyini bildirmişdir. Polis əməkdaşları ona Bərdə rayon X20 Patrul Xidməti Bölüyünə yaxınlaşmalı olmasını bildirdikdə Şəxs polis əməkdaşları ilə mübahisə etmişdir. Buna görə də polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, inzibati qaydada tutulmuşdur. Şəxs özünü nizam-intizamsız apardığına və xidmətdə olan polis əməkdaşlarına qarşı xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə bacısı oğlu Əlzamin Məhişlinin yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığını bilmiş, buna görə də bacısının əri X9 ilə birlikdə Bərdə rayon X16 X21 gəlmiş, Əlzamin Məhişlinin orada olmadığını görüb saat 20 radələrində Bərdə rayon polis şöbəsinin inzibati binasının qarşısına gəlmişlər. X10pı posunda növbədə olan polis əməkdaşları X4 və X5 yaxınlaşaraq oğlu Əlzamin Məhişlinin polis şöbəsinə gətirildiyini bildirmiş, bu zaman polis əməkdaşları onlara Bərdə rayon X20 Patrul Xidməti Bölüyünə yaxınlaşmalı olmalarını bildirmişlər. Həmin vaxt xidmətdə olan polis əməkdaşlarının onları aldatdıqlarını zənn edib onlarla mübahisə etmişdir. Sonra polis əməkdaşları onu və X6 polis şöbəsinə aparmış və inzibati qaydada tutulmuşlar. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəridir. xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının qapı postunda X7 ilə birlikdə xidmətdə olduğu vaxt Şəxs və X2 qapı postuna yaxınlamış, Əlzamin Məhişlinin yol patrul xidməti əməkdaşı tərəfindən polis şöbəsinə gətirildiyini bildirmişlər. Onlara Bərdə rayon X20 Patrul Xidməti Bölüyünə yaxınlaşmalı olmalarını bildirdikdə Şəxs onlarla mübahisə edib xidməti rejimlərini pozmuşlar. Bu barədə rəhbərliyə raportla müraciət etmiş, göstəirşə əsasən Şəxs polis şöbəsinə aparılmış və inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəridir. xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının qapı postunda X4 ilə birlikdə xidmətdə olduğu vaxt Şəxs və X2 qapı postuna yaxınlamış, Əlzamin Məhişlinin yol patrul xidməti əməkdaşı tərəfindən polis şöbəsinə gətirildiyini bildirmişlər. Onlara Bərdə rayon X20 Patrul Xidməti Bölüyünə yaxınlaşmalı olmalarını bildirdikdə Şəxs onlarla mübahisə edib xidməti rejimlərini pozmuşlar. Bu barədə X4 rəhbərliyə raportla müraciət etmiş, göstəirşə əsasən Şəxs polis şöbəsinə aparılmış və inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X9 Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2083691 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının qapı postunun qarşısında özünü nizam-intizamsız aparmış, xidmətdə olan polis əməkdaşları X4 və X7 ilə mübahisə etmişdir. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X4 və X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqındqa protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. AZ44698 seriya nömrəli vəsiqənin surətindən görünür ki, X1 RPŞ-nin PPXB-nin polis nəfəridir. AZE №16854281 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2000-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır və yaşayır. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1972-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 9-da qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzbati binasının qarşısında xidmətdə olan Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri X4 və X7 ilə mübahisə etməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, İXM-in 510-cü maddəsinin sanksiyasında on beş günədək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 04 (dörd) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 510-cü maddəsi ilə təqsirli bilinib, barəsində 4 (dörd) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 21:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-238/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-238/2025
10.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver