Məhkəmə qərarları › İş №3(021)-239/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-239/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-239/2022 26.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Bərdə rayonu Məmmədli kəndində doğulmuş, evli, orta təhsilli, mühafizəçi işləyən, Bərdə rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1311/2016 saylı 19 aprel 2016-cı il tarixli icra sənədi üzrə borclunun tələbkara 3530 (üç min beş yüz otuz) manat borcu yaranmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır.Borclu Bərdə RPŞ təhvil verilmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1311/2016 saylı 19 aprel 2016-cı il tarixli icra sənədi üzrə cavabdeh Şəxs oğlundan 20 iyul 2001-ci il təvəllüdlü X2 üçün tutlan alimentin miqdarı artırılaraq 19 fevral 2016-cı il tarixdən başlayaraq hər ay 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. X1 ödənilməlidir. İcra sənədi 23 iyun 2016-cı ildə Bərdə İcra şöbəsinə daxil olmuşdur, borclu barəsində bir dəfə inzibati protokol tərtib edilərək Bərdə rayon Məhkəməsinə verilmişdir və Bərdə Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub. Borclu barəsində üç dəfə axtarış qərarı qəbul edilmişdir.Sonuncu axtarış qərarı üzrə isə Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 26 yanvar 2022-ci il tarixdə Bərdə rayon İcra və probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu qismən ödənişlər etmişdir.Hazırda tələbkarın himayəsində olan uşaqlar yetkinlik yaşına çatmışlar. Bu günkü günə 3530 manat aliment borcu yaranmışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. Hissə-hissə borcu ödəməyə hazırdır. Hal-hazırda 100 manat ödəniş edə bilər. Hal-hazırda ödəniş etməyə imakanı yoxdur. Bundan sonra hər ay ödəniş edəcəyini söz verdiyini qeyd edərək məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs mütəmadi olaraq 2020 və 2021-ci illər ərzində hər ay 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar