Məhkəmə qərarları › İş №3(021)-239/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-239/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-239/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas katibliyi, zərərçəkmiş şəxs X6 və onun nümayəndəsi X9, barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş X5 iştirakları ilə, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə Rayonu, Polis Şöbəsi tərəfindən qəbul edilmiş 8 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Rayon Polis Şöbəsinin MN №1414289 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından şikayət verərək Bərdə Rayon Polis Şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* № -li, 28 noyabr 2023-cü il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və X7 Azərbaycan Respublikası İXM-nin 157-ci addəsi ilə inzibati məsuliyyətə cəlb edərək onun barəsində inzibati həbs tənbehinin təbiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsi 3(021)-1838/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin etməmiş və Bərdə Rayon Polis şöbəsinin MN ******* №-li 28 noyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanmışdır. X4 Rayon Məhkəməsin 3(021)-1838/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından 09 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi 3(104)-88/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)-1838/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şikayətçi X14 bildirdi ki, X5 cəzalandırılmağını istəyir, düzgün rəy verilməyib, hadisə öz evlərinin qarşısında olmuşdur. X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt küçədə başqa şəxslər və səs küy olmayıb. Məhkəmə iclasında iştirak edən şikayətçinin-zərərçəkmiş şəxsin nümayəndəsi X15 da şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş X13 izahatında qeyd etmişdir ki, 300 manat cəriməni ödəmişdir. Məmtiyev Rəfaillə onun arasında mübahisə olmuşdur. Məmtiyev Rəfail ona zəng vuraraq gəl bacını apar demişdir. O da bacısı ilə əlaqə saxlamışdır, bacısı isə bu haqqda məlumatı olmadığını bildirmişdir. Daha sonra Məmtiyev Rəfail yenidən ona zəng vuraraq onu söyüb təhqir etmişdir. Məmmədli Kənan atası ilə birgə bacısını gətirməyə getmişdr. Bu zaman Məmtiyev Rəfail yenə onun ünvanına söyüşlər söyüb təhqir etmişdir və aralarında baş vermiş mübahisə dava ilə nəticələnmişdir. Etdiyi əməldən peşmandır, barışığa cəhd etmiş, lakin qarşı tərəf qəbul etməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin şöbənin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X14 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Məhkəmə tərəfindən Bərdə rayon Polis Şöbəsinə sorğu edilərək iş materialları əldə edilmiş və işə əlavə edilmişdir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 21 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, Bərdə rayonu Hacallı kəndində yaşayan X14 04 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Mübariz və Kənan adlı şəxslər tərəfindən döyülməsini göstərməklə bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Hacallı kəndində aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı X1 Rəfail Rəhim oğlunu döymüşdür. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Əməldə cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X13 əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTBnə verilmişdir. Həmçinin həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən Bərdə Rayon Polis Şöbəsinə daxil olmuş, məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2023-cü il tarixli, 813 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - üz nahiyəsinin qançırı və sıyrığı, sağ xarici qulaq, başın təpə nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərardan görünür ki, X13 barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qərar qəbul olunmuşdur. İşdə olan Bərdə rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 68/2-11548/24 saylı məktubundan görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq X6 müraciəti ilə əlaqədar toplanmış HK-1/450 saylı materialın və inzibati xəta haqqında iş üzrə materialların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Bərdə RİHB-nın Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 221 saylı və 222 saylı arayışlarından və eyni tarixli xasiyyətnamədən görünür ki, X3 rayonu, Umudalılar kəndində adları göstərilən ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və əmisi X11 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə kifayət qədər ətraflı araşdırma apararaq və tərəflərin iştirakını təmin edib onların izahatlarını alaraq və materialları tədqiq edərək və inzibati xəta törədən şəxsin şəxsiyyətini və əməlin xarakterini nəzərə alaraq bu qənaətə gəlir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Belə ki, iş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, inzibati xəta törədən X13 ailənin yeganə qazanc yeridir, ailə tərkibi genişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkumluğu olmamışdır, əməlindən səmimi peşmandır, şəhid ailəsinin üzvü olmaqla əmisi 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuşdur, şikayət verən şəxs X14 ilə yaxın qohumdur və onunla barışığa da cəhd etmişdir, lakin şikayətçi Rəfail Məmtiyev bütün bu halları nəzərə almadan heç bir əsaslı səbəb göstərmədən inzibati xəta törədən şəxsin daha ağır inzibati tənbeh tədbiri ilə cəzalandırılmasını xahiş edir ki, məhkəmə həmin şikayəti əsassız hesab edir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, tərəflər arasında olan mübahisə və dava-dalaş və nəticədə Məmtiyev Rəfailin sağlamlığına zərər vurmayan xəsarətlər yetirilməsi hadisəsi xx.xx.2023cü il tarixdə baş vermişdir. Həmin hadisədən isə artıq 4 aydan artıq müddət, iş materiallarında olan 21 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbulundan isə 3 aydan artıq müddət keçmişdir. Belə olan halda inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən məhkəmə X13 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edərək onun barəsində daha ağır inzibati tənbeh tədbiri tətbiq edə bilməz. Çünki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qərar ləğv edildikdən sonra icraata xitam verilməlidir. Məhkəmə isə həmin qərarı ləğv etməyərək onun qüvvəsində saxlanılmalı olması qənaətinə gəlir. Çünki, qərarın ləğvi və icraata xitam verilməsi şəxsin etdiyi əmələ görə cəza almaması və cəzasızlıq mühitinin yaranması ilə nəticələnər ki, bu da hazırki halda inzibati xətalar haqqında qanunvericiliyin mahiyyətinə ziddir. Səlahiyyətli orqan isə onu maddənin sanksiyası həddində inzibati cərimə etmişdir. Həmçinin, işdə olan qəbzin surətindən görünür ki, X13 ona təyin edilmiş 300 manatı inzibati cəriməni dövlət büdcəsinə ödəmişdir. Beləliklə də, şəxs cəza ilə razılaşmış və cərimə növündə inzibati tənbehi icra etmişdir. Belə olan halda qərarın ləğvi üçün heç bir səbəb yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, X6 şikayəti təmin olunmamalıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Bərdə Rayon Polis Şöbəsinin MN №1414289 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından X14 tərəfindən verilmiş şikayət təmin edilməsin, MN №1414289 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərar qanuni hesab edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar