Məhkəmə qərarları › İş №3(021)-24/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-24/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-24/2021 11.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Vaqif Əyyub oğlu,Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 01.08.2020-ci il tarixdə Bərdə rayonu Şorəlli kənd sakini X21 1 baş xırda buynuzlu heyvanını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26.12.2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində (köhnə bazarın yaxınlığından) 1 ədədX1 məxsus “MİTSUBİSHİ” markalı kondisionerin mühərrikini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.12.2020-ci il tarixdə Bərdə rayonu, Alpoud kəndi ərazisində (mal bazarın yanında) Ağdaş şəhər sakini X5 məxsus “VAZ-2106” markalı, **-FN-*** d.n.n-lı avtomobildən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd maqnitola, 4 ədəd səsgücləndirici, 1 ədəd akumulyator və 1 ədəd salon güzgüsünü gizli olaraq oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 02.01.2021-ci il tarixdə X6 məxsus 1 baş quzunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.12.2020-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində X11 məxsus “Mercedes” sərnişin markalı, **-XF-*** d.n.nlı mikroavtobusundan 1 ədəd akumulyatoru gizli olaraq oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 26.12.2020-ci il tarixdə gecə saatlarında Bərdə rayonu, Qaradırnaq kəndində X12 həyətindən 1 baş xırda buynuzlu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 14.08.2020-ci il Bərdə rayonu, Güloğlular kəndində X29 qızına məxsus olan 1 ədəd “Samsung A10” markalı mobil telefonu oğurlamışdır İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-24/2021 saylı inzibati iş, 3(021)-25/2021 saylı inzibati iş, 3(021)-26/2021 saylı inzibati iş, 3(021)-27/2021 saylı inzibati iş, 3(021)-28/2021 saylı inzibati iş və 3(021)-29/2021 iş 3(021)-23/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 11 yanvar 2021-ci il tarixdə saat 1700-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxslər X22, X12 iştirakları ilə baxılsın. Hakim: Əyyub Kərimov Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş şəxslər X14, X15, X13,X26, X19,X23, zərəçəkmiş şəxslər X32, X24, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Qaratəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən (bundan sonra Bərdə RPŞ) daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində inzibati xətа hаqqındа prоtоkоllar tərtib olunmuşdur ona görə ki, o, 01.08.2020-ci il tarixdə Bərdə rayonu Şorəlli kənd sakini X21 1 baş xırda buynuzlu heyvanını oğurlamışdır, bundan başqa o, 14.08.2020-ci il Bərdə rayonu, Güloğlular kəndində X29 qızına məxsus olan 1 ədəd “Samsung A10” markalı mobil telefonu oğurlamışdır, bundan başqa o, 23.12.2020-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində X11 məxsus “Mercedes” sərnişin markalı, **-XF-*** d.n.n-lı mikroavtobusundan 1 ədəd akumulyatoru gizli olaraq oğurlamışdır, bundan başqa o, 25.12.2020-ci il tarixdə Bərdə rayonu, Alpoud kəndi ərazisində (mal bazarın yanında) Ağdaş şəhər sakini X5 məxsus “VAZ-2106” markalı, **-FN-*** d.n.n-lı avtomobildən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd maqnitola, 4 ədəd səsgücləndirici, 1 ədəd akumulyator və 1 ədəd salon güzgüsünü gizli olaraq oğurlamışdır, bundan başqa o, 26.12.2020-ci il tarixdə gecə saatlarında Bərdə rayonu, Qaradırnaq kəndində X12 həyətindən 1 baş xırda buynuzlu oğurlamışdır, bundan başqa o, 26.12.2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində (köhnə bazarın yaxınlığından) 1 ədəd X1 məxsus “MİTSUBİSHİ” markalı kondisionerin mühərrikini oğurlamışdır, bundan başqa o, 02.01.2021-ci il tarixdə X6 məxsus 1 baş quzunu oğurlamışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X14 məruzə edərək bildirmişdir ki, Bərdə rayonu, Güloğlular kəndində yaşayan X29 qızı 14.08.2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək kirayə qaldığı evindən 1 ədəd “Samsung A10” markalı mobil telefonu oğurlanmasını bildirmişdir. Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin İB-nin 06.11.2020-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir.Məhəmməd Baxşeyiş oğlu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X15 məruzə edərək bildirmişdir ki, 23.12.2020-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yaşayan X20 DİN-nin 102 xidmətinə zəng edərək özünə məxsus “Mercedes” sərnişin markalı, **-XF-*** d.n.n-lı mikroavtobusundan 100 manat dəyərində 1 ədəd akumulyatoru gizli olaraq oğurlamışdır. Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin İB-nin 02 yanvar 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X15 məruzə edərək həmçinin bildirmişdir ki, Bərdə rayon Şahvəlilər kənd sakini X3 27.12.2020-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bərdə şəhərində yerləşən “Köhnə Bazar” adlanan yerdə “Şah” dönərxana ticarət obyektinə quraşdırılmış “Mitsubishi” markalı kondisionerin mühərrikini obyektin arxa tərəfindən sökərək oğurlamışdır.Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin TB-nin 05 yanvar 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X19 məruzə edərək göstərmişdir ki, Bərdə rayonu, Qaradırnaq kəndində yaşayan X24 26.12.2020-ci il tarixdə şikayət ərizəsi ilə Bərdə RPŞ-nə müraciət edərək bildirmişdir ki, 25-dən 26.12.2020-ci il tarixə keçən gecə naməlum şəxs onun həyətyanı sahəsinə daxil olaraq təxminən 8-9 kq çəkidə olan 1 baş xırda buynuzlu heyvanını (quzusunu) oğurlamışdır. Həmin şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin TB-nin 03 yanvar 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X26 məruzə edərək göstərmişdir ki, Ağdaş şəhər sakini X17 DİN-nin 102 xidmətinə zəng edərək Bərdə rayonu, Alpoud kəndi ərazisində (mal bazarın yanında) özünə məxsus “VAZ-2106” minik markalı, **-FN-*** d.n.n-lı avtomobildən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd maqnitola, 4 ədəd səsgücləndirici, 1 ədəd akumulyator və 1 ədəd salon güzgüsünü oğurlanmasını bildirib, ümumilikdə ona 460 manat məbləğində zərərin vurulduğunu bildirməklə həmin şəxsin tapılaraq şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin TB-nin 02 yanvar 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X13 məruzə edərək göstərmişdir ki, Bərdə şəhər sakini X18 02.01.2021-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə yaşadığı evin həyıtyanı sahəsindən 1 baş xırda buynuzlu heyvanını (quzusunu) oğurlanmasını bildirmiş, həmin şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin TB-nin 11 yanvar 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X2 sahə rəisi X23 məruzə edərək göstərmişdir ki, Bərdə rayonu, Şorəlli kənd sakini X33 01.08.2020-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək yaşdığı kənd ərazisində yerləşən və kənd sakinlərinin otlaq yerindən ona məxsus 1 baş xırda buynuzlu heyvanını oğurlanmasını bildirmiş, həmin şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.Şikayətlə əlaqədar araşdırma aparılmış və RPŞ-nin TB-nin 11 avqust 2021-ci il tarixli qərarı ilə toplanmış materialla oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması təsdiq olunmadığından material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xırda talama inzibati xətasını törətmiş naməlum şəxsin müəyyən olunması və müəyyən olundu halda onun barəsində AR İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cəza tədbirlərinin Bərdə rayon məhkəməsində tətbiq edilməsi məsələsinin həll edilməsindən ötrü Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Görülmüş tədbirlərlə həmin naməlum şəxsin Bərdə rayonu, Qaratəpə kənd sakini Şəxs olması müəyyən edilmiş, tərəfindən Bərdə Rayon Polis Şöbəsində 11.01.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X32 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Şorəlli kəndində yaşayır. Heç bir yerdə işləmədiyindən dolanışığını heyvan saxlamaqla çıxarır. Özünə məxsus 43 baş xırda buynuzlu heyvanı kəndin ərazisində olan otlaq sahəsində otarır. 01.08.2020-ci il tarixdə adəti üzrə həmin heyvanları otlaq sahəsinə aparmış, nahar etmək üçün evinə qayıtmış, nahar edəndən sonra təkrar otlaq sahəsinə qayıtmışdır. Qayıdan zaman 1 baş heyvanın yerində olmamasını görmüş və dərhal polisə şikayət etmişdir. Hazırda onun heyvanı və ya onun dəyəri ödənilməmişdir. Nəzərə alınmasını məhkəmən xahiş etdi Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X24 ifadəsində göstərmişdir ki, arvadı ilə Bərdə rayon Qaradırnaq kəndində yaşayır. Özünə məxsus 76 baş xırda buynuzlu heyvanı vardır. 25.12.2020-ci il tarixdə heyvanlarını tövləyə salaraq həmin gecəni evində olmuşdur. Səhəri gün qaz pulunu yığmaq məqsədi ilə kəndə çıxmış az sonra arvadı Kəmalə ona zəng edərək 1 baş quzunun yerində olmadığını bildirmişdir. O, evinə qayıdaraq heyvanlarını saymış və əskiklikdən əmin olduqdan sonra polisə çikayət etmişdir. Hazırda onun heyvanı və ya onun dəyəri ödənilməmişdir. Nəzərə alınmasını məhkəmən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, törətdiyi əməllərdə özünü təqsirli bilir. Əməlindən peşimandır, xəcalət çəkir. Zərərçəkmişlərə vurduğu zərərin əvəzinin ödənilməsi üçün barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 227-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş mаteriаllarına əlаvə edilmiş Bərə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Orxan Məmmədovun 11.08.2020-ci il tarixli və 03.01.2021-ci il tarixli,Vəli İsmayılovun 05.01.2021-ci il tarixli, Pərvin Səfərlinin 02.01.2021-ci il və 11.01.2021-ci il tarixli, Vüsal Bayramovun 02.01.2021-ci il tarixli və İstintaq Bölməsinin 06.ş11.23020-ci il tarixli qərarlarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər X29 qızının, X9, X3, X24, X17, X18 və X21 məlumatları əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama inzibati xətanı törətmiş naməlum şəxsin kimliyini müəyyən edildikdən sonra onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qərarların surətləri Bərdə rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Aparılmış apardırma zamanı həmin naməlum şəxsin kimliyi müəyyən edilərək onun Şəxs olması məlum olmuşdur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Eyni zamanda həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 01.08.2020-ci il tarixdə Bərdə rayonu Şorəlli kənd sakini X21 1 baş xırda buynuzlu heyvanını oğurlamışdır, bundan başqa o, 14.08.2020-ci il Bərdə rayonu, Güloğlular kəndində X29 qızına məxsus olan 1 ədəd “Samsung A10” markalı mobil telefonu oğurlamışdır, bundan başqa o, 23.12.2020-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində X11 məxsus “Mercedes” sərnişin markalı, **-XF-*** d.n.n-lı mikroavtobusundan 1 ədəd akumulyatoru gizli olaraq oğurlamışdır, bundan başqa o, 25.12.2020-ci il tarixdə Bərdə rayonu, Alpoud kəndi ərazisində (mal bazarın yanında) Ağdaş şəhər sakini X5 məxsus “VAZ-2106” markalı, **- FN-*** d.n.n-lı avtomobildən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd maqnitola, 4 ədəd səsgücləndirici, 1 ədəd akumulyator və 1 ədəd salon güzgüsünü gizli olaraq oğurlamışdır, bundan başqa o, 26.12.2020-ci il tarixdə gecə saatlarında Bərdə rayonu, Qaradırnaq kəndində X12 həyətindən 1 baş xırda buynuzlu oğurlamışdır, bundan başqa o, 26.12.2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində (köhnə bazarın yaxınlığından) 1 ədəd X1 məxsus “MİTSUBİSHİ” markalı kondisionerin mühərrikini oğurlamışdır, bundan başqa o, 02.01.2021-ci il tarixdə X6 məxsus 1 baş quzunu oğurlamışdır. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izаhаtlarını və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və o, törətdiyi inzibati xətalara görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal onun eyni xarakterli inzibati xətanı təkrar törətməsidir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 227-ci mаddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, bаrəsində 3 (üç) ay müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 3 (üç) ay müddə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 11 yanvar 2021-ci il tаrixdən, sааt 17:45-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxslərə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Pоlis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar