Məhkəmə qərarları › İş №3(021)-24/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-24/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-24/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda anаdаn оlmuş, Bərdə rayon Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 09 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X11 bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 16:20 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Amil Verdiyev ilə xidmətdə olan zaman bir qurup şəxsin uca səslə bir-birləri ilə mübahisə edərək ünvanlı nalayiq ifadələr işlədikləri tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət edərək, öz qanunsuz əməllərinə son qoyulmasını və nizam intizamlı olmasını bidirmişlər. Həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirərək təkrar uca səslə aqressiv formada ünvansız nalayiq ifadələr işlətdilər. Həmin şəxslər onlara əl-qol hərəkətləri edərək onların qanuni tələblərinə tabe olmadılar. Onlar həmin şəxləri RPŞ-nə gətirilməsini təmin etmişlər və həmin şəxslər RPŞ-nin inzibati binasında səs-küy salaraq polis şöbəsinin iş fəaliyətinə mane olmuşdular. RPŞ-də müəyyǝn olundu ki, həmin şəxslər X14, Şəxs və X7r. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə həmkəndliləri Fuad və Zahid ilə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən "Prins" restoranında yeyib içmişlər. Onlar həmin vaxt spirtli içki qəbul etmişlər. Sonra Fuad telefonla Bərdə rayon Mirzəxan kənd İcra X1 yığaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar sərxoş olduğundan hərəkətlərini idarə edə bilməmişdirlər. Lakin polisə müqavimət göstərməmişlər. Həmçinin bildirdi ki, əməlindən peşmandır. Sərxoş olduğundan hərəkətlərini idarə edə bilməmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X14, Şəxs və X9 mobil telefonla ona zəng edərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Amil Verdiyev ilə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X11 xidmətdə olan zaman bir qurup şəxsin uca səslə bir-birləri ilə mübahisə edərək ünvanlı nalayiq ifadələr işlədikləri tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət edərək, öz qanunsuz əməllərinə son qoyulmasını və nizam intizamlı olmasını bidirmişlər. Həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirərək təkrar uca səslə aqressiv formada ünvansız nalayiq ifadələr işlətdilər. Həmin şəxslər onlara əl-qol hərəkətləri edərək onların qanuni tələblərinə tabe olmadılar. Onlar həmin şəxləri RPŞ-nə gətirilməsini təmin etmişlər və həmin şəxslər RPŞ-nin inzibati binasında səs-küy salaraq polis şöbəsinin iş fəaliyətinə mane olmuşdular. RPŞ-də müəyyǝn olundu ki, həmin şəxslər X14, Şəxs və X7r. İşdə olan 09 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X14 22 sentyabr 2023-cü il tarixdə saat Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən Prins restoranında X2 təhqir etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X8 inizbati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinsi barədə 626 nömrəli xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:02-də müayinə olunan zaman orta dərəcədə sərxoşluğu olmuşdur. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə saat 17:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə qeyd edir ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağı nəzərdə tutur. Hazırkı işin halları isə həmin maddənin dispozisiyası ilə üst-üstə düşmür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi isə özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2–ci maddsəinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda olan törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməli, o, İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib həbs tənbehi tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs 08 yanvar 2024-cü il tаrixdən, saat 17:00–da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmaqla üzərində qəti olaraq 04 (dörd) gün müddətinə inzibаti tənbeh-həbs saxlanılmalıdır. Şəxs həbsdə saxlanmasının əvvəli 10 yanvar 2024-cü il tаrixdən, saat 15:25–dən hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib barəsində 05 (beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmaqla üzərində qəti olaraq 04 (dörd) gün müddətinə inzibаti tənbeh-həbs saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 yanvar 2024-cü il tаrixdən, saat 15:25–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar