Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-240/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəis polis kapitanı X1, Barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə anadan olmuş, Bərdə rayon Lənbəran kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib edən Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəis polis kapitanı X2 bildirdi ki, protokolu Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib etmişdir. Məhkəmə iclasında barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun heç bir təqsiri yoxdur..Əksinə onun əmlakına ziyan vurulub. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs narahat insandır. Onun əmlakına ziyan vurmuşdur. Məhkəmə, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki; -Bərdə rayonu Lənbəran kəndində yaşayan Zərərçəkmiş şəxs 31 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmdəti zəng mərkəzinə mobil telefonla zəng edərək, eyni zamanda Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Lənbəran kəndi ərazisində Məhəmməd və Mehman adlı şəxslər tərəfindən döyülməsini göstərməklə həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmin müraciət Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınmış; -Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs 31 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmdəti zəng mərkəzinə mobil telefonla zəng edərək, eyni zamanda Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Lənbəran kəndi ərazisində Səxavət adlı şəxsin ona məxsus olan çay evinin pəncərələrini sındırmasını göstərməklə Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülmesini xahiş etmiş, həmin müraciət Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınmış; -Bərdə rayonu Lənbəran kəndində yaşayan Zərərçəkmiş şəxs 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmdəti zəng mərkəzinə mobil telefonla zəng edərək, eyni zamanda Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Lənbəran kəndi göstermekle sonuncu barəsində qanuni tədbir ərazisində Məhəmməd adlı şəxs tərəfindən döyülməsini görülməsini xahiş etmiş, həmin müraciət Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınmış; -Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən Şəxs məxsus olan çay evinə gedərək orada mübahisə yaratmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüş, sonuncu ise çay evinin pəncərəsini sındırmaqla Şəxs 100-150 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs məxsus olan çay evinin pəncərəsini yararsız vəziyyətə salmış Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından sonuncu barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTBne verilmiş, Zərərçəkmiş şəxs barəsində AR İXM-in 232-1-ci maddesi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. İş materiallarından göründüyü kimi Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamamdır. Belə ki, Zərərçəkmiş şəxs döyülməsi zamanı hansı dərəcədə xəsarət alması ilə bağlı iş materiallarına ekspert rəyi əlavə edilməmiş, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarla xəsarətin necə müəyyən olunması bəlli deyil. Bununla yanaşı hadisə zamanı Zərərçəkmiş şəxs tərəfindən Məhəmməd Hacı oğluna 100-150 manat məbləğində maddi ziyan vurulduğu göstərilmiş, lakin dəymiş ziyanla bağlı ekspert rəyi əlavə edilməmiş, Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarla qiymətləndirilmənin necə müəyyən olunması bəlli deyil. Bununla yanaşı Zərərçəkmiş şəxs tərəfindən Şəxs məxsus olan çay evinə gedərək ictimai qaydanı pozması çay evinin pəncərəsini sındırması (özgənin əmlakının məhv edilməsi ) müəyyən olunsa da onun əməlində xuliqanlıq cinayət tərkibinin olmasına hüquqi qiymət verilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Şəxs əməlinə yenidən araşdırma aparılaraq hüquqi qiymət verilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-240/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-240/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver