Məhkəmə qərarları › İş №3(021)-241/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-241/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-241/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 məhkəm iclas katibliyi, protokol tərtib edən Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsinin TB-nin sahə rəisi X7 tərəfindən 04 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci mаddəsi ilə MN ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 əmlakına ziyan vurmuşdur. Bununla da İXM-in 232-1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 protokolu müdafiə edərək qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 İsmayılovun qəsdən onun əmlakına ziyan vurduğunu, buna görə onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs protokolu rədd edərək heç kimin əmlakına ziyan vurmadığını və buna görə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. İXM-in 232-1-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə- Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir, həmçinin inzibati xəta haqqında protokola əlavə edilməklə məhkəməyə təqdim edilmiş material natamamdır. Bundan başqa İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərə alınsa hazırki işin materialında az miqdarda ziyanın dəqiq məbləği barədə nə ekspertiza rəyi, nə də qiymətləndirmə (mütəxəssis) rəyi təhqiqat orqanı və ya inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Zərərçəkmiş şəxs həm məhkəmədə, həm də iş materiallarında olan 20 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmiş təhqiqatçıya verdiyi izahatında onun işlətdiyi çay evinin pəncərəsinin Şəxs tərəfindən sındırılması nəticəsində ona 100-150 manat miqdarında ziyan vurulmasını qeyd edir ki, bu da təxmini məbləğdir və heç bir digər mötəbər sübut olan ekspert və ya mütəxəssis (qiymətləndirmə) rəyi ilə təsdiq edilmir. Bundan başqa zərərçəkmiş şəxs Məhəmməd Hacıyev həm təhqiqatçıya verdiyi izahatında, həm də məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs kəmağıl olmasını qeyd edir ki, onun hazırda anlaqlı olub-olmaması, hadisəni anlaqsız vəziyyətdə törədib-törətməməsi, hazırda Şəxs psixi vəziyyətinin müəyyən edilməsi yalnız ekspertiza aparılması və veriləcək ekspertin rəyi ilə mümkündür ki, bunu da hazırda müəyyən etmək mümkün deyil. Belə olan halda tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır və onu tərtib edən şəxsə geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsinin İTB-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar