Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-243/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs (Ş/V: AA*******), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yaşayan Şəxs Bahadur oğlu sürücülük hüququ olmaqla, sərxoş olmadan idarə etmə hüququ olmadan idarə etdiyi Lexsus markalı ağ rəngli ** EX *** dövlət qeydiyat nişanlı avtomobillə Bərdə şəhəri S. Vurğun küçəsi ilə köhnə bazar istiqamətində hərəkətdə olan zaman ötmə manevir qaydalarını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan X1 hüququ olmaqla, sərxoş olmadan, idarə etmə hüququ əsasında idarə etdiyi Vaz2106 markalı ağ rəngli ** BR *** dövlət qeydiyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Vaz2106 markalı ağ rangli ** BR *** dövlət qeydiyat nişanlı avtomobildə sərnişin olan X6 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Ona görə də Bərdə rayonu Yol patrul xidməti baş inspektoru X4 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs – xx.xx.1970-ci il tarixdə ünvan 2 ünvanında yaşayır. (Ş/V: AA*******). İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi TB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən icraatında toplanmış HK-1/5264 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Bahadur oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürətinin Bərdə RPŞ-nın DYPB-nə verilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün rayon Polis Şöbəsinin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon YPX baş inspektor X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yaşayan Şəxs Bahadur oğlu tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yaşayan Şəxs Bahadur oğlu sürücülük hüququ olmaqla, sərxoş olmadan idarə etmə hüququ olmadan idarə etdiyi Lexsus markalı ağ rəngli ** EX *** dövlət qeydiyat nişanlı avtomobillə Bərdə şəhəri S. Vurğun küçəsi ilə köhnə bazar istiqamətində hərəkətdə olan zaman ötmə manevir qaydalarını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan X1 hüququ olmaqla, sərxoş olmadan, idarə etmə hüququ əsasında idarə etdiyi Vaz2106 markalı ağ rəngli ** BR *** dövlət qeydiyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Vaz2106 markalı ağ rangli ** BR *** dövlət qeydiyat nişanlı avtomobildə sərnişin olan X7 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxslərin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından və beləliklə də onun əməlində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-in 327.6-cı maddəsinin tərkib əlamətləri olduğundan həmin hissədə onun barəsində araşdırma aparılması və inzibati tədbir görülməsi, şəxsin barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə qərarın surəti Bərdə rayon YPX-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Şəxs əməlində İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan həmin hissədə onun barəsində araşdırma aparılması və inzibati tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon YPX-nə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-243/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-243/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver