Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-244/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu Günəşli kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Yenidaşkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 05 mart 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-483/2023 saylı icra sənədinə əsasən 03 iyun 2010-cu il təvəllüdlü X4 və 03 noyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 noyabr 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üşün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment X1 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 3400 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-483/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmədən protokolun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X8 bildirdi ki, Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)- 483/2023 saylı qətnaməsindən Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Odur ki, məhkəmədən protokolun təmin edilməməsini xahiş etdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1745297 nömrəli protokolda göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-483/2023 saylı icra sənəsi üzrə borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmiş və 3400 manat aliment borcu yaranmışdır. İşdə olan Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-483/2023 saylı icra sənədindən görünür ki, 03 iyun 2010-cu il təvəllüdlü X4 və 03 noyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 noyabr 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üşün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment X1 ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə prosesində müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-483/2023 saylı qətnaməsindən Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bərdə rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(021)-483/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra yenidən icra işinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-244/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-244/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver