Məhkəmə qərarları › İş №3(021)-245/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-245/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-245/2024 10.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən 05 mart 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 3(021)-245/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs X8 şikayət verərək qərarın ləğv edilməsini, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsi və inzibati tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 3(021)-245/2024 nömrəli qərarından zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 3(021)-245/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 öz izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 6-da yaşayan X4 Bərdə rayon polis şöbəsinə müraciəti əsasında toplanmış HK-1-722 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 6-da yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri vardır. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O X6 təxminən 8 ildir ki, tanıyır, belə ki Nazimə əvvəllər onun mağazasında satıcı işləmişdir və daha sonra aralarında qeyri-rəsmi olaraq ər-arvad münasibətləri yaranmışdır və onlar biryerdə yaşamağa başlamışlar, sonradan qeyri- rəsmi nikahdan bir uşaqları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin son zamanlar heç bir səbəb olmadan aralarında mübahisələr baş verməyə başlamışdır. Belə ki, o əvvəl ki həyat yoldaşı ilə hal hazırda barışmaq istədiyi üçün Nazimə İsayeva buna öz narazılığını bildirmiş və müxtəlif bəhanələrlə onu şərləməyə çalışmışdır. O Nazimə İsayevanı döyməmiş və onu ölümlə hədələməmişdir. Polis əməkdaşları onu Nazimənin şikayəti əsasında işlədiyi mağazaya xx.xx.2024-cü il tarixdə aparmış, elə bu vaxt Nazimə səs küy salara onu təhqir etmişdir.O, həmin vaxt heç bir pozuntuya yol verməmişdir. Bu barədə videodiski məhkəməyə təqdim etdi. Barəsində tərtib edilmiş protokolu əsassız hesab edir və inzibati material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 göstərdi. ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Şəxs təxminən 14 ildir ki, tanıyır, belə ki, Şəxs əvvəllər Bərdə şəhərində yerləşən bazarda qızıl zinət əşyalarının alqı satqısı ilə məşğuldur. Onlar həmin vaxt tanış olmuş və daha sonra aralarında qeyri -rəsmi olaraq ər arvad münasibətləri yaranmışdır və onlar biryerdə yaşamağa başlamışlar, sonradan qeyrirəsmi nikahdan bir uşaqları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin son zamanlar heç bir səbəb olmadan aralarında mübahisələr baş verməyə başlamışdır. Belə ki, Şəxs heç bir yerdə işləmədiyi üçün qazanc əldə etməmiş və onun qazandığı pulları xərcləmişdir, buna görədə aralarında sözlə mübahisələr baş vermiş və həmin mübahisələr zamanı Şəxs bir neçə dəfə müxtəlif vaxtlarda onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir, lakin o həmin vaxtlar şikayət etmək istəsə də Şəxs onu və uşaqlarını öldürəcəyi ilə hədələdiyi üçün qorxmuş və buna görə də onun barəsində şikayət edə bilməmişdir. Bundan başqa təxminən 6-7 ay əvvəl Şəxsla yaşadığı evdə yenidən aralarında mübahisə baş vermiş və həmin mübahisə zamanı Elmir yaşadığı evdə olan mətbəx bıçağı ilə onun sol əl nahiyəsinə qəsdən xəsarət yetirmiş və daha sonra onu xəstəxanaya aparmışdır və xəstəxanada ilkin tibbi yardım göstərilmişdir, lakin buna baxmayaraq həmin vaxt Elmir onu qorxuzduğu üçün o şikayət etməmişdir. Təxminən 2 il əvvəl onun Türkiyə Respublikasında yaşayan oğlu Onurcan Genctürk və Emircan Genctürk onunla birgə yaşamaq üçün Bərdə rayonuna gəlmişlər və onlarla birgə yaşamağa başlamışlar. Təxminən bir müddət sonra Onurcan və Emircan Bərdə şəhərində ev almaq qərarına gəlmiş, lakin həmin vaxt Elmir onlara həmin pulu xırda buynuzlu heyvanların alınması üçün istifadə etməyi təklif etmiş, o buna etiraz etməyərək Şəxs ümumilikdə 43000 manat pul vermiş və Şəxs özünə məxsus fermaya qoyun-quzu almışdır. Sonradan Şəxs onun uşaqları ilə mübahisələr etməyə başlamış və onların evdən çıxmasını istəmişdir, sonra isə Şəxs onun uşaqlarının üstünə tanımadığı şəxsləri gətirmiş və onları sözlə hədələtmişdir, buna görədə o Onurcan və Emircanın problem yaşamamaları üçün onlardan Türkiyə Respublikasına qayıtmalarını istəmiş və buna görədə onlar xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası qayıtmışlar. Lakin buna baxmayaraq Şəxsla onun arasında olan mübahisə həll olunmamışdır, belə ki Elmir onu yaşadığı evdən çıxarmaq niyyətində olmuşdur, sonra isə bir müddət əvvəl Şəxs onu döymüşdür, lakin həmin vaxt o yenidən şikayət etməmişdir. Bundan başqa Elmir müxəlif bəhanələrlə onun işlədiyi bazara gələrək orada onu narahat etmiş, taksi kimi istifadə etdiyi şəxslərin qarşısını kəsərək həmin şəxslərdən onu işə aparıb gətirməmələrini istəmişdir. Buna görə də o öz təhlükəsizliyinin təmin olunması üçün Şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə səhər saatlarında o işlədiyi Təzə bazar adlanan əraziyə getmiş və təxminən 2-3 saat sonra qeyri rəsmi münasibətdə olduğu Şəxs onun işlədiyi mağazaya getmiş və orada olan şəxslərin qarşısında onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir və daha sonra polis əməkdaşlarının gözü qarşısında bazardan çıxıb getmişdir. Sonradan həmin gün axşam saatlarında o yaşadığı evə getdikdə darvazanın qapısının bağlı olduğunu görmüş, bu zaman darvazanı döyməyə başlamış, həmin vaxt Şəxs və qardaşı Seymur Zeynalov sərxoş vəziyyətdə evin qarşısına çıxmış və onu nalayiq sözlərlə söyüb təhqir etdikdən sonra başına, sifətinə və ayağına vuraraq həmin şəxslər onu döymüşlər. Buna görə də o Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək döyülməsi ilə bağlı şikayət etmiş və Bərdə rayon polis şöbəsində araşdırma aparılaraq məhkəmə tibbi ekspertizası təyin olunmuş və Elmir 14 yanvar 2024-cü il tarixdə onu döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq Bərdə rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə olunmuşdur. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 510-cu mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 fevral 2024-cü il tarixdə Bərdə rayonu, Təzə bazar adlanan ərazidə X1 təhqir etdiyinə görə barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X8 inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 6-da yaşayan X4 müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-722 sırasında qeydə alınmış material üzrə X4 ölümlə hədələnməsi, pul və qızıllarının ələ keçirilməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi, lakin X4 xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə bəzi təhxirəsalınmaz istintaq hərəkətləri aparılmalı olduğu üçün toplanmış material RPŞ-nin İB-nə göndərilməsi, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan diskdən qızıl dükanına polis əməkdaşları ilə birlikdə Şəxs gəlməsi və orada X8 ilə mübahisə etməsi öz əksini tapır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-123/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Həmçinin qeyd olunan qərarda hadisənin 14 yanvar 2024-cü il tarixdə baş verməsi müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-123/2024 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli 3(104)-149/2024 saylı qərarı ilə şikayətlər təmin edilməmiş və Bərdə Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 3(021)-123/2024 saylı qərarı şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 3(021)-245/2024 nömrəli qərarını ləğv etmə səbəbi kimi göstərmişdir ki: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 05 mart 2024-cü il tarixli Qərardadda isə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar nəzərdən keçirilərək hadisənin 22 fevral 2024-cü il tarixdə baş verməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmamışdır ki, hələ hadisə baş verməmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilə bilməzdi və belə qərar, ümumiyyətlə, iş materiallarında mövcud deyildir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-123/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Həmçinin qeyd olunan qərarda hadisənin 14 yanvar 2024-cü il tarixdə baş verməsi müəyyən edilmişdir. Həmçinin hazırki inzibati material üzrə də zərərçəkmiş şəxs hadisənin məhz həmin gün, 14 yanvar 2024-cü il tarixdə baş verməsini qeyd etmişdir. Lakin qeyd olunan inzibati xəta haqqında protokoldan və digər sənədlərdən isə görünür ki, hadisənin 22 fevral 2024-cü il tarixdə baş verilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırkı protokolun tərtib edilməsi 14 yanvar 2024-cü il tarixdə səhər saatlarında baş vermiş, hadisənin axımı isə axşam saatlarında davam etdirilmişdir. Axşam saatlarında olan hadisə ilə bağlı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-123/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır.Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Məhkəmə hazırkı protokola münasibətdə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair 7 saylı protokolun 4-cü maddəsinin tətbiqini zəruri sayır. Konvensiyaya dair 7 saylı protokolun 4-cü maddəsinə əsasən, Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Belə ki, non bis in idem prinsipinə görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Məhkəmə öz hüquqi mövqeyini Avropa İnsan hüquqları Məhkəməsinin X2rşı işinə istinad etməyi vacib bilir. Avropa Məhkəməsinin S.Zolotuxinin işi üzrə qəbul etdiyi qərardan birmənalı olaraq aşağıdakı nəticəni çıxarmaq olar: şəxsin əvvəl inzibati xəta kimi tövsif edilmiş həm inzibati, həm də cinayət qanunu ilə nəzərdə tutulan ortaq əmələ görə cəza çəkməsi bu qərar qüvvədə olduğu halda, onun sonradan həmin davranış aktına görə cinayət təqibinə məruz qalmasını istisna edir.(analogiya üzrə tətbiqdə inzibati məsuliyyəti də) Avropa Məhkəməsinin S.Zolotuxinin iddiası üzrə işdə ortaya qoyduğu mövqe yalnız cavabdeh ölkə - Rusiya üçün deyil, digər Avropa ölkələri, o cümlədən Azərbaycan Respublikası üçün də əhəmiyyət kəsb edir. Çünki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququ Avropa Konvensiyasına qoşulmuş bütün dövlətləri əhatə edir. Məhkəmə qeyd edir ki, 14 yanvar 2024-cü il tarixdə baş vermiş hadisə eyni mənbədə doğan hüquq münasibətləri olduğundan və Şəxs əməlinə hüquqi qiymət verilərək təqsirli bilindiyindən artıq o yenidən cazalandırıla bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.ğHəmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda icraata xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar