Məhkəmə qərarları › İş №3(021)-246/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-246/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-246/2024 02.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsinin nümayəndəsi X17 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli MN №1291213 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X12 məhkəməyə şikayət verərək, İnzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin 02 fevral 2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh ƏSSMN yanında X9 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş qərara əsasən sahibkar tərəfindən işçi X6 əmək haqqından tutulmaların qanunvericiliyə uyğun aparılmaması, işdən azad olunarkən son haqq hesabın verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyimə dair 02 fevral 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla fiziki şəxs qismində 700 (yeddi yüz) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, ******* saylı qərarı saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 700 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur. Ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. İş üzrə bildirir ki, o, X2 Regional Meşə Təsərrüfatı İdarəsindən işdən azad olunarkən onunla bütün son haqq-hesab hesablanıb ödənilmişdir. Əgər doğrudan da, işdən azad olunarkən Əmək Qanunvericiliyinin tələbirini pozmuşdursa, vaxtında şikayət etmiş olardı. Onun şikayəti və şikayət əsısında cərimə olunmağı qanunsuz və əsassızdır. Məhkəmənin əvvəlki iclasında şikayətçi X12 şikayətin dəliilərinə uyğun məzmunda izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsinin nümayəndəsi X22 bildirdi ki, qərar qanunidir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, X14 ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək X27 X3 meşəbəyliyində meşəbəyi vəzifəsinə təyin edilməsi haqqında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli №10 nömərli Əmrdən Çıxarışdan görünür ki, X14 xx.xx.2018-ci il tarixdən sturktur dəyişikliyi ilə əlaqədar X27 X3 meşəbəyliyində meşəbəyi vəzifəsinə təyin edilmiş və həmin tarixdən X28 və X10 meşəbəyi vəzifəsindən azad edilmişdir. xx.xx.2023-cü il tarixli №142/Ü nömərli Əmrdən görünür ki, vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzi Bərdə meşəbəyliyinin meşəbəyisi X14 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "ç" bəndinə əsasən ləğv edilmiş, meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsin "a" bəndinə əsasən töhmət verilmiş, Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddesinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli №030/K nömərli Əmrdən görünür ki, X8 xx.xx.2023-cü il tarixdən mərkəzin Bərdə meşəbəyliyinin meşəbiyisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmən Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, X16 Xidmətinin Qarabağ regional şöbəsinə daxil olmuş məlumatlara baxılmaqla inzibati xətanın əlamətlərinin (Son haqq hesabın hesablanması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinin pozulması) olması müəyyən edilməsi, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin,inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 19 yanvar 2024-ci il tarixdə saat 11:00-da DƏMX-nin Qarabağ regional dəvət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, X11 22 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasının xx.xx.2024-cü il tarixdə saat 11:00-a təyin olunması və iştirak etməsi ilə əlaqədar məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, X11 02 fevral 2024-cü il tarixli MN №1291213 nömrəli inzibati tənbeh vermə haqqında qərarla cərimə inzibati tənbeh növü tədbiq edilmiş, cərimə məbləğinin ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 əmək müqaviləsinə xitam verilərkən xx.xx.2023cü il tarixdə son haqq hesablanmasında Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri pozulduğundan X12 İXM-in 192.4-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə edilmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X6 əməlində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi işdə olan material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X6 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRАRА АLDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin 02 fevral 2024-cü il tarixli MN №1291213 qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional X1 barəsində inzibati tənbeh vermə haqqında 02 fevral 2024cü il tarixli MN №1291213 nömrəli qərarı qanuni heab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar