Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-247/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bərdə rayon Mollalı kəndində rayonunda doğulmuş, Bərdə rayon Mollalı kəndində qeydiyyatda olmaqla, hımin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 334.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bərdə rayon Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 334.1.-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair 07 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayon Mərkəzi xəstəxanasının Diaqnostika mərkəzindən daxil olmuş məlumatda 1975-ci il təvəllüdlü Şəxs, 1966-cı il təvəllüdlü X1 və 1986-cı il təvəllüdlü X2 Bərdə rayonu Mustafaağalı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında baş vermiş YNH yerinə baxış keçirilmişdir, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmişdir. Araşdırma zamanı Siravita markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs sərxoşluq müayinəsindən keçirilmiş və vətəndaşın orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bərdə rayonu Mollalı kəndində yaşayan Şəxs sərxoş vəziyyətdə idarə etdiyi Siravita markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sərnişin qismində əyləşmiş 1966-cı il təvəllüdlü X5 və 1986-cı il təvəllüdlü X6 ile birlikdə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində hərəkətdə olarkən öz diqqətsizliyi nəticəsində idarəetməni itirərək yolun sol kənarına çıxaraq boş sahədə aşmışdır, lakin baş vermiş hadisə zamanı X5 və X6 hər hansı bir xəsarət almamışlar. Toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs barəsində İXM-in 334.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində tərtib olunmuş protokol tərtib olunmuşdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əməlin məsuliyyətini dərk edir, əməlindən peşmandır, məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında Qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayon Mərkəzi xəstəxanasının Diaqnostika mərkəzindən daxil olmuş məlumatda 1975-ci il təvəllüdlü Şəxs, 1966-cı il təvəllüdlü X1 və 1986-cı il təvəllüdlü X2 Bərdə rayonu Mustafaağalı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında baş vermiş YNH yerinə baxış keçirilmişdir, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmişdir. Araşdırma zamanı Siravita markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs sərxoşluq müayinəsindən keçirilmiş və vətəndaşın orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bərdə rayonu Mollalı kəndində yaşayan Şəxs sərxoş vəziyyətdə idarə etdiyi Siravita markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sərnişin qismində əyləşmiş 1966-cı il təvəllüdlü X5 və 1986-cı il təvəllüdlü X6 ile birlikdə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində hərəkətdə olarkən öz diqqətsizliyi nəticəsində idarəetməni itirərək yolun sol kənarına çıxaraq boş sahədə aşmışdır, lakin baş vermiş hadisə zamanı X5 və X6 hər hansı bir xəsarət almamışlar. Toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxsniun barəsində İXM-in 334.1-ci maddəsinin tələbinə uyöun olaraq inzibati tənbeh görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPBnə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə MTE və PA birliyinin Bərdə rayon şöbəsinin verdiyi xx.xx.2024cü il tarixli 65 saylı rəyinə əsasən X1 məhkəmə müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdə MTE və PA birliyinin Bərdə rayon şöbəsinin verdiyi xx.xx.2024cü il tarixli 67 saylı rəyinə əsasən X2 məhkəmə müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır Şəxs barəsində Bərdə YPX-nin baş inspektoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs X10 Azərbaycan Respublikasının qanununun tələblərini pozması, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməklə yol hərəkəti qaydasını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi törətməsi törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-247/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-247/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver