Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-249/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, Zərərçəkmiş şəxslər X2 və X5, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bərdə rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kələntərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs uca səslə nalayıq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Kələntərli kəndində Şəxs telefonla danışaraq ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, o tabe olmayaq nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o ailəsi ilə birlikdə Bərdə rayonu Kələntərli kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Kələntərli kəndində ictimai yerdə insanların sıx olduğu ərazidə onun istifadəsində olan mobil telefonuna zəng gəlmişdir. O telefonla danışan zaman özündən asılı olmayaraq uca səslə ünvanlı və ünvansız nalayiq küçə ifadələri işlətmişdir. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Onu polis şöbəsinə aparmaq istədikləri zaman o, onlarla birgə polis idarəsinə getmişdir. Onun tərəfindən hər hansı müqavimət və ya tabesizlik göstərilməmişdir. Məhkəmədən ona daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Kələntərli kəndində Bərdə RPŞ PPXB-nin Tağım komandiri, polis baş leytenantı Əvəz Hüseynov ilə xidmətdə olan zaman bir nəfər şəxsin telefonla danışaraq ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyi tərəflərindən aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsə ictimai yerdə olduğunu və ictimai yerdə nalayiq ifadələr işlətməməyi bildirmişlər. Lakin həmin şəxs təkrar uca səslə ünvansız nalayiq ifadələr işlətdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu bildirib həmin şəxsi Bərdə RPŞ-yə dəvət etmişlər. Şəxs ilkin olaraq buna etirazını bildirsə də, sonradan onlar tərəfindən qanunvericiliyin tələbləri izah edildikdən sonra onlarla birgə polis idarəsinə getmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 Kamran Saleh oğlu ilə eyni məzunlu ifadə verdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş protokol İXM-nin 510-cu hissəsində qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, zərərçəkmişlərin şəxslərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə göstərir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə göstərilmiş inzibati xətanı törətməsi sübut olunmur. Bu səbəbdən həmin maddə üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs uca səslə nalayiq ifadələr işlətməsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxslərin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-249/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-249/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver