Məhkəmə qərarları › İş №3(021)-25/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-25/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-25/2022 07.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi ev 22, mənzil 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 dekabr 2021-ci ildə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə qurmuş, birgə nikahdan 1 övladı doğulmuşdur. Lakin münasibətlərinin pozulması səbəbindən 2021-ci ildə boşanmışlar. Fəridə valideyinləri ilə yaşayır. Azyaşlı övladı isə onun yanında qalır. Uşaq xəstələndiyindən 11.12.2021-ci il tarixdə uşağı anasına aparmış və oradan çıxıb getdikdən təxminən bir neçə saatdan sonra Fəridə ona zəng edib uşağı həkimə aparmasını demişdir. Özü də gedib uşağı həkimə aparanda Fəridə uşağın paltarını da gətirməsini istəmiş, uşağa özünün baxacağını demişdir. Fəridə onun üstünə gedib uşağı əlindən alanda əli ilə Fəridəni vurmuş və uşağı alıb aparmışdır. Səhvini başa düşür, tutduğu əməldən peşmançılıq hissi keçirir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə 2018-ci ildə ailə qurmuş, birgə nikahdan bir övladları olmuşdur. Münasibətlərinin pozulması səbəbindən 2021-ci ildə boşanaraq atası evinə getmişdir. 11.12.2021-ci il tarixdə Sahil onun atası evinə gəlib azyaşlı övladını aparmaq istədikdə, uşaq xəstə olduğundan aparmasına icazə verməmişdir. Sahil onu əli ilə döymüş və onun qoluna, bədəninin müxtəlif yerlərinə fiziki ağrılar yetirmişdir. Hazırda barışdıqlarından Şəxs tələb və şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdıqlarını, ondan şikayətçi olmadığını, həmçinin ona qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirmiş, inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etmişdir. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1- 4307 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün həmçinin tərəflər arasında gələcəkdə xoşa gəlməz cinayət hadisələrin baş verməsinin qarşısının alınması məqsədilə proflaktiki tədbirlərin aparılması məqsədilə qərarın surəti aidiyyəti üzrə RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 39, 43, 114, 128-130-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİ: İnzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs barışdığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar